Cavab: “Təvəssül” bir şəxsin başqa hörmətli bir şəxsi özü ilə Allah arasında vasitə seçib Allaha yetişməsi deməkdir. Təvəssülün aşağıdakı növləri vardır:

1. Yaxşı əməllərə təvəssül etmək. Sünnü alimi Cəlaləddin Süyuti bu haqda rəvayət edərək deyir: “Allaha itaət etmək və Onun sevdiyi, razı olduğu əməllləri yerinə yetirməklə Allah dərgahına yaxınlaşmaq olar.”[3722]

2. Allahın ləyaqətli bəndələrinə təvəssül etmək.

Qurani-kərim Yusifin qardaşlarının dilindən belə hekayət edir: “Yəqubun övladları öz atalarına dedilər: “Ey ata, böyük Allahdan bizim günahlarımızın bağışlanmasını istə, çünki biz səhvə yol vermişik.” Yəqub dedi: “Tezliklə öz Rəbbimdən sizin günahlarınızın bağışlanmasını istəyəcəyəm. Həqiqətən O, bağışlayan və mehribandır.”

Qeyd olunan ayədən aydın olur ki, Yəqubun övladları bağışlanmaq üçün öz atalarına təvəssül etdilər.

3. Güclü mənəviyyata, Allah yanında xüsusi hörmət və məqama malik olan şəxslərə təvəssül etmək olar.

İslam dininin əvvəllərində ilahi övliyalara təvəssül etmək o qədər adi hal idi ki, o dövrün şairləri Peyğəmbəri (s.ə.v.v) Allah dərgahında vasitə edirdilər.

Səvad ibni Qarib Peyğəmbərə (əleyhissalam) qoşduğu qəsidədə belə yazmışdı.

“Şəhadət verirəm ki, Allahdan başqa bir məbud yoxdur. Sən hər bir gizli işdən xəbərdarsan. Şəhadət verirəm ki, Sən, ey əziz və paklar övladı, bütün peyğəmbərlərin arasında Allaha çatmaq üçün yaxın və vəsiləsən.”[3723]

Peyğəmbər bu şeri Səvad ibni Qaribdən eşitdikdə heç vaxt onu bu işdən çəkindirmədi, onu şirk və bidətçiliklə müttəhim etmədi.

[3722]  “Əd-dürrül-mənsur”, 2-ci cild, səh.280, Beyrut çapı

[3723]  “Əddürərüs-səniyyə” Seyyid Əhməd ibni Zeyni Dehlan, səh.29, Təbəranidən nəqlən

 

NUR-AZ.COM

 


more post like this