islamic mənbələri

    1. home

    2. article

    3. Sual: 91. Beytül-məmur nə deməkdir?

    Sual: 91. Beytül-məmur nə deməkdir?

    Sual: 91. Beytül-məmur nə deməkdir?
    Rate this post

     

    Cavab: “beyt” ev, “məmur” isə “abad olunmuş yer” deməkdir. “Betül-məmur” “abad olunmuş ev” mənasındadır. Yer üzündəki äəbə Beytül-məmur adlanır. Bigər bir “eytül-məmur mələklərin ibadət etdikləri yerin (məscidin) adıdır. Beytül-məmurun mənalarından biri də yeddinci göydə olan bir məsciddir.

    Rəvayət olunur ki, Allah-Taala bəşərin atası Adəm Peyğəmbəri xəlq etmək istəyəndə mələklər etiraz edərək dedilər: “Ey Allah, sən orada (yer üzündə) fəsad törədib qan axıdan bir mövcud xəlq etmək istəyirsənmi? Allah-Taala onları inkar edib buyurdu: “Mənim insan haqqında bildiklərimi siz bilmirsiniz”. Yəni siz tikanı görürsünüzsə, gülü də nəzərə alın! Aləmlərin Allahına üz tutmuş cavanları görmürsünüz. Yalnız insanların pis əməllərini görürsünüz. Məlumdur ki, yaxşı və qiymətli şeylər tapılmır, azdır. Qızıl çoxdur, yoxsa daş? Əlbəttə möminlər həmişə fasiqlərdən sayca az olur. Allah-Taala mələkləri, etiraz etdiklərinə görə yeddi min il məhrum etdi. Sonra isə mələklər Allahdan bağışlanmaq istədilər. Allah-Taala yeddinci göydə bir məscid icad edərək onlara əmr etdi ki, yeddi min il bu məscidin ətrafında təvaf edib istiğfar etsinlər. Rəvayət olunur ki, əgər həmin məscidin yanından bir daş atsan, düz Kəbənin damının üstünə düşər. Yəni, o məscid Kəbə Evi ilə bir ox üzərindədir.

    Əgər insan yeddi dəfə Kəbə Evinin ətrafına fırlansa, onun savabı, mələklərin yeddi min il etdiyi təvafın savabına bərabərdir. Allah-Taalanın hər gün yetmiş min mələk xəlq etməsi Beytül-məmurun başqa əzəmətinə dəlalət edir. Çünki həmin mələklər Beytül-məmura daxil olur, zikr etməklə məşğul olurlar. Onlar beytül-məmurdan çıxandan sonra ikinci dəfə oraya daxil ola bilmirlər. Çünki, Qiyamət gününədək onlara növbə çatmır.

    Seyyid ibni Tavus Beytül-məmurun xüsusiyyətlərindən birini aşağıdakı kimi bəyan edir:

    “Beytül-məmurda çoxlu mələk vardır. Onların bir dəstəsi sağ, başqa bir dəstəsi isə sol tərəfdə olurlar. “Kiramül-katibəyn” insanın sağ və sol çiynindəki iki mələk axşam olan kimi, möminin nameyi-əməlini asimanda olan bu məscidə aparırlar. Məscidin sağ tərəfindəki mələklər ehtiramla həmin naməni alıb üzünü köçürürlər.”

    Əgər nameyi-əməl pis əməllərlə qaralmış olsa məscidin sol tərəfindəki mələklər onu alıb üzünü köçürürlər. Belə olan halda bütün insanların əməllərinin nüsxəsi həmin məsciddə, Beytül-məmurda vardır. Bu nüsxələrə əsasən Qiyamət günündə heç kəs öz əməllərini inkar edə bilməz.

    NUR-AZ.COM