Cavab: “Tövbə” surəsində onlar rüsvay edilmiş, “Əhzab” surəsində onlardan söhbət açılmışdır. Bunların mütaliə edilməsi müddəamızın isbatı üçün kifayət edər:

“(Ey Bizim Peyğəmbərimiz) riyakar münafiqlər sənin yanına gəlib “biz yəqin və həqiqət üzündən şəhadət veririk ki, həqiqətən sən Allahın Peyğəmbərisən”-dedikləri zaman (onlara aldanma,) Allah bilir ki, sən Onun Rəsulusan və Allah şəhadət verir ki, həqiqətən münafiqlər (məkr və hiylə üzündən) yalan deyirlər.”[3717]

“Münafiqlər və qəlblərində mərəz (ruhi xəstəlik) olanlar deyirlər: “Allah və Onun Peyğəmbəri bizə yalan vədələrdən başqa bir şeyi vəd etmirlər.”[3718]

Səhabələrin bəzilərinin nifaq (münafiqlik, ikiüzlülük) dərəcəsini göstərmək üçün aşağıdakı Quran ayəsini qeyd etmək kifayətdir:

“(Ey Peyğəmbər,) Mədinə əhlindən bəziləri nifaqda (münafiqlikdə) batmışlar, sən onları tanımırsan, lakin Biz onları tanıyırıq.”[3719]

“Onlar elə əvvəldən boğaza qədər fitnəyə batmışdılar və işlərini sənə başqa formada cilvələndirirdilər, nəhayət haqq gəldi, Allahın fərmanı aşkar oldu və onlar (bu fərmana) ikrahla yanaşdılar.”[3720]

“Onlar elə bir şeyi məqsədlərində tutdular ki, ona çatmadılar. Onların giley-güzarı yalnız bundan ibarət idi ki, nə üçün Allah və Onun Peyğəmbəri öz kərəmləri ilə onları ehtiyacsız etməmişdir.”[3721]

[3717] “Münafiqun” surəsi, ayə:1

[3718] “Əhzab” surəsi, ayə:13

[3719] “Tövbə” surəsi, ayə:48

[3720] “Tövbə” surəsi, ayə:48

[3721] “Tövbə” surəsi, ayə:73

 

NUR-AZ.COM

 

 


more post like this