islamic mənbələri

    1. home

    2. article

    3. Sual: 87. Hansı Quran ayələri bəzi səhabələrin fasiq (günahkar, yolunu azmış və ədalətsiz) və münafiq (ikiüzlü, riyakar) olmasına dəlalət edir?

    Sual: 87. Hansı Quran ayələri bəzi səhabələrin fasiq (günahkar, yolunu azmış və ədalətsiz) və münafiq (ikiüzlü, riyakar) olmasına dəlalət edir?

    Sual: 87. Hansı Quran ayələri bəzi səhabələrin fasiq (günahkar, yolunu azmış və ədalətsiz) və münafiq (ikiüzlü, riyakar) olmasına dəlalət edir?
    Rate this post

     

    Cavab: “Tövbə” surəsində onlar rüsvay edilmiş, “Əhzab” surəsində onlardan söhbət açılmışdır. Bunların mütaliə edilməsi müddəamızın isbatı üçün kifayət edər:

    “(Ey Bizim Peyğəmbərimiz) riyakar münafiqlər sənin yanına gəlib “biz yəqin və həqiqət üzündən şəhadət veririk ki, həqiqətən sən Allahın Peyğəmbərisən”-dedikləri zaman (onlara aldanma,) Allah bilir ki, sən Onun Rəsulusan və Allah şəhadət verir ki, həqiqətən münafiqlər (məkr və hiylə üzündən) yalan deyirlər.”[3717]

    “Münafiqlər və qəlblərində mərəz (ruhi xəstəlik) olanlar deyirlər: “Allah və Onun Peyğəmbəri bizə yalan vədələrdən başqa bir şeyi vəd etmirlər.”[3718]

    Səhabələrin bəzilərinin nifaq (münafiqlik, ikiüzlülük) dərəcəsini göstərmək üçün aşağıdakı Quran ayəsini qeyd etmək kifayətdir:

    “(Ey Peyğəmbər,) Mədinə əhlindən bəziləri nifaqda (münafiqlikdə) batmışlar, sən onları tanımırsan, lakin Biz onları tanıyırıq.”[3719]

    “Onlar elə əvvəldən boğaza qədər fitnəyə batmışdılar və işlərini sənə başqa formada cilvələndirirdilər, nəhayət haqq gəldi, Allahın fərmanı aşkar oldu və onlar (bu fərmana) ikrahla yanaşdılar.”[3720]

    “Onlar elə bir şeyi məqsədlərində tutdular ki, ona çatmadılar. Onların giley-güzarı yalnız bundan ibarət idi ki, nə üçün Allah və Onun Peyğəmbəri öz kərəmləri ilə onları ehtiyacsız etməmişdir.”[3721]

    [3717] “Münafiqun” surəsi, ayə:1

    [3718] “Əhzab” surəsi, ayə:13

    [3719] “Tövbə” surəsi, ayə:48

    [3720] “Tövbə” surəsi, ayə:48

    [3721] “Tövbə” surəsi, ayə:73

     

    NUR-AZ.COM