islamic mənbələri

    1. home

    2. article

    3. Sual: 86. “Təhrim” surəsinin axırıncı ayələrində nə buyurulur və bunun Ayişə və Həfsə ilə nə kimi əlaqəsi vardır?

    Sual: 86. “Təhrim” surəsinin axırıncı ayələrində nə buyurulur və bunun Ayişə və Həfsə ilə nə kimi əlaqəsi vardır?

    Sual: 86. “Təhrim” surəsinin axırıncı ayələrində nə buyurulur və bunun Ayişə və Həfsə ilə nə kimi əlaqəsi vardır?
    Rate this post

     

    Cavab: Mütəal Allah bir hadisə ilə əlaqədar olaraq “Təhrim” surəsinin axırında buyurur: “Allah kafir olanlar üçün Nuhun və Lutun arvadını misal vurur; onlar Bizim layiqli bəndələrimizdən ikisinin arvadları idi və öz ərlərinə xəyanət etmişdilər və onlar üçün Allah tərəfindən heç bir bəhrə yoxdur. Və (qiyamətdə) onlara deyilər: “Cəhənnəm əhli ilə birlikdə cəhənnəmə daxil olun!” İmanlı şəxslər üçün də Allah Fironun arvadını misal vurur. O dedi: Pərvərdigara, mənim üçün Öz yanında bir ev qərar ver.”[3715]

    Bu iki hadisəni Allah-taala “Təhrim” surəsində Ayişə və Həfsə üçün misal çəkməklə onları qorxudub başa salmaq istəyir ki, sadəcə Peyğəmbərin arvadı olmaq onlar üçün nə faydalı, nə də ziyanlı deyildir. İnsanın faydası və ya zərəri onun elm və imanından asılıdır.[3716]

    [3715]  Nuhun arvadının ona etdiyi xəyanət bundan ibarət idi ki, o, camaata deyirdi: “Ərim dəli olmuşdur, onun sözlərinə qulaq asmayın!” Lutun arvadının da xəyanəti bu idi ki, o, əyri yola gedən əxlaqsız qadınları Lutun evinə aparırdı. Halbuki, bu evdə pak və iffətli qadınlar var idi. Bu qadınların hər ikisi (Nuhun və Lutun arvadı) kafir, səadətdən məhrum və ərlərinin yüksək ilahi hədəflərindən uzaq idilər. (“Ənnəssu vəl-ictihad” kitabından)

    [3716]  “Ənnəssu vəl-ictihad” kitabından.

     

    NUR-AZ.COM