islamic mənbələri

    1. home

    2. article

    3. Sual: 85. “Təhrim” surəsinin 4 və 5-ci ayələri nəyi bəyan edir?

    Sual: 85. “Təhrim” surəsinin 4 və 5-ci ayələri nəyi bəyan edir?

    Sual: 85. “Təhrim” surəsinin 4 və 5-ci ayələri nəyi bəyan edir?
    Rate this post

     

    Cavab: “Əgər siz iki qadın (Ayişə və Həfsə) onun (Peyğəmbərin) əleyhinə əlbir olsanız (hiylə işlətsəniz), Allah, Cəbrail və layiqli möminlər onun köməkçisidir. Və ondan sonra mələklər ona kömək edəcəklər.”[3713]

    Sonrakı ayədə buyurulur: “Əgər Peyğəmbər sizə təlaq versə, ümid var ki, Allah sizdən daha yaxşı müsəlman və imanlı həyat yoldaşını ona əvəz versin.”[3714]

    Buxari özünün “Səhih” kitabında bu ayənin təfsirində Übeyd ibni Hüneyndən, o da İbni Abbasdan belə rəvayət etmişdir: Bir il idi ki, Ömər ibni Xəttabdan bir ayə barəsində soruşmaq istəyirdim. Amma onun vəhşətli simasından soruşa bilmirdim. Nəhayət bir dəfə o, həcc məqsədi ilə Mədinədən çıxdı. Mən də onunla birlikdə idim. Həccdən qayıdarkən yolda ondan soruşdum: Peyğəmbərin o iki qadını kimlər idi ki, Allah-taala buyurur: “Onlar Peyğəmbərin əleyhinə hiylə qurmuşdular”?

    Ömər dedi: Həfsə və Ayişə idi!

    [3713] “Təhrim” surəsi, ayə:4

    [3714] “Təhrim” surəsi, ayə:5

     

    NUR-AZ.COM