islamic mənbələri

    1. home

    2. article

    3. Sual: 84. “Təhrim” surəsinin aşağıdakı ilk ayələri kimin barəsində nazil olmuşdur?

    Sual: 84. “Təhrim” surəsinin aşağıdakı ilk ayələri kimin barəsində nazil olmuşdur?

    Sual: 84. “Təhrim” surəsinin aşağıdakı ilk ayələri kimin barəsində nazil olmuşdur?
    Rate this post

     

    “Gərək siz (iki qadın) Allah dərgahına tövbə edəsiniz, çünki qəlbləriniz münhərif olmuşdur (haqdan dönmüşdür).”

    Cavab: Bu ayə Ayişə və Həfsəyə barəsində nazil olmuşdur və onlara, Peyğəmbərə qarşı gördükləri nalayiq əməldən tövbələtmə verir. Biz də bilirik ki, günahkar insanlar Allahın əmr və nəhylərinin xilafına əməl etmələrinə baxmayaraq onların tövbə etməsi bəyənilir. Allah-taalanın buyurduğu “tövbə edin” cümləsi təklikdə onların günah iş gördüklərinə dəlalət edir. Bundan əlavə, Allah-taala “qəlbləriniz münhərif olmuşdur (haqdan dönmüşdür)”-deməklə açıq-aşkar buyurur ki, Ayişə və Həfsə Allahın əmri ilə müxalifət etmişlər, tabe olmaları vacib olduğu halda, o haqdan dönmüşlər.

    Hadisə belə olmuşdu:

    Bir gün Peyğəmbər, arvadlarından misirli qadın olan Mariyə ilə Ayişənin, yaxud Həfsənin evində (onun növbəsi olduğuna görə) xəlvət etmişdi. Bu zaman Həfsə otağa daxil olub işdən xəbərdar oldu. Peyğəmbəri Əkrəm bilirdi ki, Ayişə və Həfsənin Mariyə ilə çox da yaxşı münasibəti yoxdur. Onların mənfi əksül-əməllərinin qarşısını aldı ki, hadisəni Ayişəyə deməsin. Əvəzində isə buyurdu: Mariyəni özümə haram etdim və bir daha onunla yaxınlıq etməyəcəyəm. Lakin Həfsə Peyğəmbərin Mariyəni nə üçün özünə haram etməsini dərhal Ayişəyə xəbər verdi.

    Bu zaman “Təhrim” surəsinin əvvəllərindəki ayələrdə buyurulduğu kimi, Allah buyurdu: “Ya Peyğəmbər! Nə üçün Allahın sənə halal etdiyi həyat yoldaşını başqa zövcələrinin xoşuna gəlmək üçün özünə haram etmisən?! O, sənə halaldır. And içdiyin üçün kəffarə ver və başqa qadınların şərrindən qorxma. Allah sənin köməkçindir.”

    Dördüncü ayədə isə buyurur: “Əgər o iki qadın (Həfsə və Ayişə) öz atalarının nüfuzundan istifadə edərək sənin əleyhinə hiylə qurmaq (yəni sənə ziyan çatdırmaq) istəsələr Allah, Cəbrail və layiqli möminlər (yəni Əli (əleyhissalam)), həmçinin mələklər sənin dostun və köməkçin olacaqlar.”

    Buna görə də “Təhrim” surəsi, məhz həmin səbəbə görə “Təhrim” (yəni haram edilmə) adlandırılmışdır və bu surənin əvvəlki ayələri bu barədə nazil olmuşdur. Allah sonrakı ayədə Ayişə və Həfsəni təhdid edib buyurur ki, əgər Peyğəmbərə əziyyət versələr başqa müsəlman və imanlı qadınları onların yerinə Peyğəmbərə ərə verəcəkdir.[3712]

    [3712]  “Ənnəssu vəl-ictihad” kitabından (Mərhum Seyyid Şərəfuddin Amili)

     

    NUR-AZ.COM