islamic mənbələri

    1. home

    2. article

    3. Sual: 82. “Təthir” ayəsi hansı surədədir və kimin barəsində nazil olmuşdur?

    Sual: 82. “Təthir” ayəsi hansı surədədir və kimin barəsində nazil olmuşdur?

    Sual: 82. “Təthir” ayəsi hansı surədədir və kimin barəsində nazil olmuşdur?
    Rate this post

     

    Cavab: “Təthir” ayəsi “Əhzab” surəsinin 33-cü ayəsinin orta hissəsində yerləşir. Bu hissə Peyğəmbərin zövcələrinin deyil, məhz o həzrətin pak və ismətli Əhli-beytinin barəsində nazil olmuşdur. Çünki ayənin əvvəli Peyğəmbərin zövcələrinə xitabən olduğu üçün ərəb qrammatikasında qadınlara məxsus olan “kunnə” əvəzliyi ilə deyilir, ayənin ortası isə kişilərə xitab olunduğu üçün ərəb dilində kişilərə məxsus olan “kum” əvəzliyi ilə gətirilmişdir. Ayə belədir:

    “Həqiqətən, Allahın istək və iradəsi bu olmuşdur ki, yalnız Siz Əhli-beytdən hər növ zahiri və batini çirkinlikləri aradan aparıb, Sizi pak-pakizə qərar versin.”

    Ümmü Sələmə deyir:”Peyğəmbər (s.ə.v.v) mənim evimdə idi. O Həzrətin əziz qızı Fatimə daşdan düzəlmiş qabda yemək gətirdi. Bu yemək un, yağ və bəzi vaxtlar isə ətlə birlikdə hazırlanırdı. Peyğəmbər (s.ə.v.v) Fatiməyə buyurdu: Ərin Əli və övladlarını (rəziyəllahu ənhum) çağır gəlsinlər, bir yerdə yemək yeyək. Fatimə (rəziyəllahu ənha) onları çağırdı. Süfrə salındı. Peyğəmbər (s.ə.v.v) üstünə xeybər parçası çəkilmiş yataqda oturmuşdu. Mən də evin bir küncündə namaz qılırdım. Elə bu vaxt “Təthir” ayəsi (“İnnəma yüridullah…”) nazil oldu. Ayə nazil olan kimi, Peyğəmbər (s.ə.v.v) öz əzizlərini həmin parçanın altında oturdub, əllərini göyə qaldırdı və buyurdu: “Ey Allah! Mənim Əhli-beytim və ən yaxşı adamlarım bu dörd nəfərdir. Pərvərdigara, bunları bütün çirkin işlərdən uzaq et, onların qəlblərini daha da paklandır.”

    (Ümmü Sələmə əlavə edir:) Peyğəmbər (s.ə.v.v) dua edən vaxt, mən onlara yaxınlaşıb dedim: “Ey Allahın Rəsulu, etdiyin bu dua mənə də şamildirmi? Peyğəmbər (s.ə.v.v) buyurdu: Xeyr! Lakin, sənin aqibətin çox yaxşı olacaq.”.

    Əbu Səid deyir, Peyğəmbər (s.ə.v.v) buyurdu: “Təthir” ayəsi beş nəfərin–mən, Əli, Fatimə, və iki övladı Həsən və Hüseynin haqqında nazil olmuşdur.”

    Şəybənin qızı Səfiyyə nəql edir ki, Ayişə dedi: “Bir gün sübh tezdən, Peyğəmbər (s.ə.v.v) naxışlı yun paltarını geyib, evdən çıxdı. Həsən, Hüseyn, Fatimə və Əli də ona qoşuldular. Peyğəmbər (s.ə.v.v) onları bir-bir əbasının altına salandan sonra “Təthir” ayəsini oxudu.”

    İbni Həvşəbin əmisi oğlu deyir: “Mən və atam birlikdə Ayişənin (rəziyəllahu ənha) evinə getdik. Ondan Əli (rəziyəllahu ənhu) haqqında sual etdim. Ayişə (rəziyəlllahu ənha) dedi: Sən elə bir şəxs haqqında soruşursan ki, Peyğəmbərə (s.ə.v.v) hamıdan sevimli, məhbub idi. Peyğəmbərin qızı da onun ixtiyarında idi. Hansı ki, Peyğəmbərin ən çox istədiyi şəxs idi. Bir gün gördüm ki, Peyğəmbər (s.ə.v.v) Əli, Fatimə, Həsən və Hüseyni (Allah onlardan razı olsun) öz yanına çağırdı, öz əbasını onların başının üstünə çəkib buyurdu: “Pərvərdigara! Mənim Əhli-beytim bu əbanın altında olanlardan başqa heç kəs deyil. Pərvərdigara! Bunları çirkinliklərdən, günahlardan qoru!” Ayişə deyir: Mən onlara tərəf yaxınlaşdım və Allahın Rəsuluna dedim: “Mən də sənin Əhli-beytindənəm?” Peyğəmbər (s.ə.v.v) buyurdu: “Xeyr! Buradan uzaqlaş! Sən mənim Əhli-beytimdən deyilsən. Amma yaxşı adamsan!”

    NUR-AZ.COM