islamic mənbələri

    1. home

    2. article

    3. Sual: 81. “Nəcva” ayəsi hansı ayədir və bu ayənin hökmünə əməl edən yeganə şəxs kimdir?

    Sual: 81. “Nəcva” ayəsi hansı ayədir və bu ayənin hökmünə əməl edən yeganə şəxs kimdir?

    Sual: 81. “Nəcva” ayəsi hansı ayədir və bu ayənin hökmünə əməl edən yeganə şəxs kimdir?
    Rate this post

     

    Cavab: “Nəcva” ayəsi “Mücadilə” surəsinin 13-cü ayəsidir. Ayə belədir: “Ey iman gətirənlər, hər vaxt Peyğəmbərlə pıçıltı ilə söhbət etmək istəsəniz, sirlərinizi deməkdən əvvəl sədəqə verin. Bu sizin üçün daha yaxşı və daha pakizədir.”

    Bütün müsəlman firqələrinin fikir birliyinə əsasən Əli (əleyhissalam)-dan başqa heç kəs bu şərif ayənin göstərişinə əməl etmədi. Bu ayənin təfsirində sünnü alimlərindən Zəməxşərinin “Kəşşaf”, Təbərinin “Təfsiri-äəbir”, Sələbinin “Təfsiri-Əzim”, Fəxr Razinin “Məfatihul-ğeyb” təfsirində və sair kimi sünnü kitablarında mötəbər mətləblər mövcuddur. Hakimin öz “Müstədrəküs-səhiheyn” kitabının birinci hissəsində (səh.482) nəql etdiyinə diqqət yetirin. O yazır: “Bu xeyir Əlidən başqa heç kəsə nəsib olmadı.”

    Həzrət Əli (əleyhissalam) özü buyurmuşdur: “Allahın kitabında bir ayə vardır ki, məndən başqa heç kəs ona əməl etməyib və məndən sonra da heç kəs ona əməl etməyəcəkdir. Bu, “Nəcva” ayəsidir. Bir dinar pulum var idi, onu on dirhəmə satdım. Hər vaxt Peyğəmbərin qulağına müəyyən mətləb demək istəyirdimsə, əvvəlcə onun bir dirhəmini Allah yolunda sədəqə verərdim.”

    NUR-AZ.COM