islamic mənbələri

    1. home

    2. article

    3. Sual: 80. Mübahilə nə deməkdir və mübahilə ayəsi hansı hadisə ilə əlaqədar nazil olmuşdur?

    Sual: 80. Mübahilə nə deməkdir və mübahilə ayəsi hansı hadisə ilə əlaqədar nazil olmuşdur?

    Sual: 80. Mübahilə nə deməkdir və mübahilə ayəsi hansı hadisə ilə əlaqədar nazil olmuşdur?
    Rate this post

     

    Cavab: Mübahilə haqq bir mətləbin isbat olunması üçün Allah dərgahına xalis niyyətlə yalvarıb yalançını lənətləməyə deyilir. Nəcran məsihiləri həzrət İsa barəsində Rəsuli Əkrəm ilə mübahisə etdikdən sonra haqqı qəbul etmədilər və nəticədə qarşılıqlı dua edib yalançını lənətləməyi qərara aldılar, lakin təyin olunmuş yerdə Peyğəmbərin Əli, Fatimə, Həsən və Hüseynlə birlikdə gəldiyini gördükdə məğlub olacaqlarını bilib mübahilə etməkdən boyun qaçırdılar. O Ayə aşağıdakıdır:

    “(Ya Peyğəmbər) Hər kəs səninlə onun (İsa əleyhissalamın) barəsində, sənə elm gəldikdən sonra mübahisə etsə, de ki: gəlin övladlarımızı və övladlarınızı; qadınla-rımızı və qadınlarınızı; nəfsimizi (canımızı) və nəfsinizi (canınızı) çağırıb mübahilə edək, sonra Allahın lənətini yalançılara qərar verək.”[3711]

    Böyük sünnü alimlərindən olan və “Əl-minar” təfsirinin müəllifi öz kitabında yazır: Rəvayətlərə əsasən, Əli, Fatimə və onun övladlarının (Həsən və Hüseyn) əziz Peyğəmbə-rimizin tərəfindən (bu iş üçün) seçilməsində heç bir şək yoxdur. Rəvayətlərdə bu dörd nəfərin adı çəkilib.

    Əliyyibni Əsirin “Kamil” kitabının 2-ci cildin 293-cü səhifəsində belə yazır:

    “Nəcranın nəsraniləri Aqibi və Səyyidi bir neçə nəfərlə birlikdə “mübahilə” üçün Rəsuli Əkrəmin yanına göndərdilər. Peyğəmbər (s.ə.v.v) onlarla mübahilə etmək niyyəti ilə Əli, Fatimə, Həsən və Hüseyn ilə birlikdə evdən çıxdı. Aqib və Seyyid onları görəndə dedilər: “And olsun Allaha, biz gördüyümüz bu heyətdə elə şəxsiyyətlər vardır ki, əgər dağları kökündən qopartmaq istəsələr, şəksiz bacararlar.” Beləliklə onlar bu məsum, mələkuti şəxsləri gördükdən sonra mübahilədən imtina etdilər.”

    Sünnü alimi Hakim özünün “Müstədrək” kitabında Əliyyibni İsadan, o da Əhməd ibni Məhəmməd Əzhəridən, o da Əliyyibni Hücrdən, o da ibni Müshirdən, o da Davud ibni Əbi Hinddən nəql edir: Qurandakı “Ənfüsəna” kəlməsindən məqsəd İmam Əli ibni Əbu Talib, “Əbnaəna” kəlməsindən məqsəd İmam Həsən və İmam Hüseyn, “Nisaəna” kəlməsindən isə məqsəd Fatimədir.

    [3711] “Ali İmran” surəsi, ayə:61

     

    NUR-AZ.COM