Cavab: Qurani kərim Allah-Taala tərəfindən bəşəriyyət üçün göndərilmişdir ki, insanlar onu oxumaqla, başa düşməklə və əməl etməklə ilahi səadətə və xoşbəxtliyə nail olsunlar. Amma Quranın bütün ayələrini elə də asanlıqla başa düşmək olmur. Əksinə Qurani- kərimin ayələrinin bəzisini başa düşmək asan, bəzisini çətin və bəzisini isə çox çətindir. Yalnız Allahın xüsusi bəndələri (İmam və Peyğəmbər) bu ayələrin öhdəsindən gələ bilərlər.

Məsumların (ə) dövründə yaşayan insanların hamısı Qurani- kərimi öz elmləri çərçivəsində anlayır və ondan bəhrələnirdilər. Amma ayələrin dəqiq təfsirini nazil olma səbəblərini və təvilini başa düşmək üçün Peyğəmbərə (s) və İmamlara (ə) müraciət edirdilər.

NUR-AZ.COM

 

 


more post like this