islamic mənbələri

    1. home

    2. article

    3. Sual: 79. “Maidə” surəsinin 55-ci ayəsi “Sizin başçı və vəliniz, yalnız Allah, Onun Peyğəmbəri və iman gətirib namaz qılan və rüku halında zəkat verənlərdir.” kimin barəsində nazil olub?

    Sual: 79. “Maidə” surəsinin 55-ci ayəsi “Sizin başçı və vəliniz, yalnız Allah, Onun Peyğəmbəri və iman gətirib namaz qılan və rüku halında zəkat verənlərdir.” kimin barəsində nazil olub?

    Sual: 79. “Maidə” surəsinin 55-ci ayəsi “Sizin başçı və vəliniz, yalnız Allah, Onun Peyğəmbəri və iman gətirib namaz qılan və rüku halında zəkat verənlərdir.” kimin barəsində nazil olub?
    4 (80%) 1 vote

     

    Cavab: “Fəthül-Qədir” kitabının müəllifi Xətib Bağdadidən belə nəql edir: “Həm müvafiq, həm də müxaliflər ibni Abbasdan belə nəql edirlər ki, Əli (əleyhissalam) rüku halında üzüyünü bir sailə (dilənçiyə) verdi. Bunu görən Peyğəmbər (s.ə.v.v) saildən soruşdu: “Bu üzüyü sənə kim verdi?” O, Əli (əleyhissalam)-ı göstərib dedi: “Rüku halında olan o şəxs.” Elə bu zaman bu ayə nazil oldu.

    Bu barədə Əbuzərdən də bir rəvayət nəql edirlər. O deyir: “Bir gün günorta namazını Peyğəmbərlə birlikdə qıldıq. Bir sail məscidə gəlib camaatdan kömək istədi, amma heç kim ona kömək etmədi. O, əllərini göyə qaldırıb dedi: “Pərvərdigara! Sən Özün şahid ol, mən Sənin Rəsulunun məscidində kömək istədim, amma heç kim mənə kömək etmədi.” Bu zaman Əli (əleyhissalam) rükuda idi. Sağ əlinin kiçik barmağını ona tərəf uzatdı. Onun barmağında üzük var idi. Sail yaxına gəldi və Peyğəmbərin müqabilində üzüyü Əli (əleyhissalam)-ın barmağından çıxartdı. Bunu görən Peyğəmbər belə dua etdi: “Pərvərdigara! Qardaşım Musa (peyğəmbər) Sənin dərgahına dua edib dedi: Pərvərdigara! Mənim sinəmi (ilahi) elmləri qəbul etmək üçün daha da genişləndir. (Sonra dedi:) Və peyğəmbərlik vəzifəsində qardaşımı da mənə şərik et.” Allah-taala ona buyurdu: “Ey Musa! Biz sənin qollarını qardaşınla daha da gücləndirdik. Və sizin hər ikiniz üçün də bir sultanlıq qərar verəcəyik.”[3709]

    Pərvərdigara! Mən Məhəmməd, Sənin peyğəm-bərin və dostunam. Mənim sinəmi genişləndir, işlərimi asan et və öz əhlimdən olan Əlini mənim vəzirim seçib onunla arxamı daha da qüvvətləndir.”

    Əbuzər deyir: “Allaha and olsun! Peyğəmbərin sözü bitməmiş Cəbrayıl nazil olub bu ayəni gətirdi: “innəma vəliyyukumullah…”

    Sünnü təfsirçisi Zəməxşəri deyir: “Bu ayə Əlinin (kərrəməllahu vəchəh) haqqında nazil olubdur. Hadisə belə olmuşdu: Bir nəfər müsəlmanlardan kömək istədi, Əli (əleyhissalam) rüku halında üzüyünü ona verdi. Əgər bir şəxs, Əli (əleyhissalam)-ın tək olduğunu, “rakiun” sözünün isə cəm formada olduğunu deyərək bu məsələyə irad tutsa, ona belə cavab verəcəyik: Hətta bir nəfər üçün olsa belə cəm kəlməsi gətirmək olar ki, başqaları da belə xeyir işlərə təşviq olunsun, onlar da Əli (əleyhissalam) kimi savab qazansınlar. Mömin bir şəxs gərək yaxşı iş görüb, xeyirxah olsun, həmişə kasıblara əl tutub onların halına yansın və heç bir xeyir işi görməkdə səhlənkarlıq edib usanmasın, hətta namaz halında belə, xeyir işlərdən qafil olmasın.”[3710]

    [3709]  “Qəsəs” surəsi, 35-ci ayə.

    [3710]  “Şəvahidut-tənzil”, 1-ci cild, səh.209-245

     

    NUR-AZ.COM