islamic mənbələri

    1. home

    2. article

    3. Sual: 78. “Ulul-əmr” ayəsi nədir və kimə aiddir?

    Sual: 78. “Ulul-əmr” ayəsi nədir və kimə aiddir?

    Sual: 78. “Ulul-əmr” ayəsi nədir və kimə aiddir?
    Rate this post

     

    Cavab: “Ulul-əmr” ayəsi aşağıdakı ayədir:

    “Ey iman gətirənlər, Allaha, Peyğəmbərə və öz içinizdən olan əmr sahiblərinə itaət edin.”[3707]

    Hənəfi məzhəbindən olan alim Həskani özünün “Şəvahidut-tənzil” kitabında yenə yazır: “Bir zaman Peyğəmbər (s.ə.v.v) bu ayəni oxuyub dedi: “Mənim (ümmətə rəhbərlikdə) şəriklərim o kəslərdir ki, bu ayədə Allah onları Özünə və mənə yaxın etmiş və buyurmuşdur ki, bir işdə çətinlik çəkib qorxsanız Allaha, Onun Rəsuluna və ulul-əmrə müracət edin.” Əli (əleyhissalam) “Ya Rəsuləllah! Ulul-əmr kimlərdir?” – deyə sual etdikdə, Peyğəmbər “Sən onların birincisisən” – deyə cavab verdi.[3708]

    [3707]  “Nisa” surəsi, 59-cu ayə.

    [3708]  “Şəvahidut-tənzil”, 1-ci cild, səh.189, hədis.202

     

    NUR-AZ.COM