Cavab: Quranda onun çoxlu adları sadalanıb. O cümlədən: “Kitab”, “Furqan”, “Nur”, “Tənzil”, “Kəlam”, “Hadi”, “Bəyan”, “Şəfa”, “Kərim”, “Mucir”, “Həkim”, “Zikr”, “Həbl”, “Qəsəs”, “Mubin”, “Sirac” və s.

Sual: 75. “Bəqərə” surəsinin 207-ci ayəsi hansı hadisə ilə əlaqədar və kimin barəsində nazil olmuşdur?

Cavab: “Bəqərə” surəsinin 207-ci ayəsi: “Camaatdan bəzisi (imanlı və fədakar insan olan Əli (əleyhissalam) kimi, “Leylətul-məbit”də Peyğəmbər (s.ə.v.v)-in yatağında yataraq) Allahın razılığını qazanmaq yÓlunda öz canlarını satır. Allah Öz bəndələrinə qarşı mehribandır.”

Hicrətin yeddinci əsrində yaşamış sünnü alimlərindən Ólan ibni Əbil Hədid “Nəhcül-bəlağə”yə yazdığı şərhində belə qeyd edir: “Bütün təfsirçilər demişlər ki, bu ayə Həzrəti Əli ibni Əbi Talib (əleyhissalam)-ın barəsində, “Leylətul-məbit” gecəsində Həzrəti Rəsuli-əkrəm (s.ə.v.v)-in yerində yatması ilə əlaqədar olaraq nazil Ólmuşdur. Bu məsələ təvatür həddindədir, kafir və divanələrdən başqa heç kim Ónu inkar etməz.”

NUR-AZ.COM

 


more post like this