islamic mənbələri

    1. home

    2. article

    3. Sual: 72. İmamla Peyğəmbərin fərqi nədir? Və imamət nə deməkdir?

    Sual: 72. İmamla Peyğəmbərin fərqi nədir? Və imamət nə deməkdir?

    Sual: 72. İmamla Peyğəmbərin fərqi nədir? Və imamət nə deməkdir?
    Rate this post

     

    Cavab: İmamla Peyğəmbərin fərqi bundadır ki, Peyğəmbərə vəhy gəlir, İmam isə hökmləri Peyğəmbərdən ilahi bir qüvvə ilə əxz edir. Peyğəmbər Allah tərəfindən, İmam isə Peyğəmbər tərəfindən olan təbliğatçıdır. Bu, İmamiyyə məzhəbinin inancıdır. Sair məzhəblərdə isə, imamət din və dünya işlərində ümumi rəhbərlik, Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) tərəfindən fürui-din hökmlərində xəlifədir. İmamət lüğətdə bir şəxsin, camaatın ona tabe olub iqtida etmələri üçün irəli keçməsinə deyilir. Tabe olunan şəxs İmam, tabe olanlar isə məmum adlanır Deməli, İmam, insanın söz və əməldə iqtida etdiyi, tabe olduğu şəxsə deyilir.[3706]

    [3706] “Əqaidul-imamiyyə” kitabından (Mərhum Şeyx Müzəffər)

    NUR-AZ.COM