Cavab: “Xüms” ilahi və ibadi bir vacibatdır. Onda Allaha yaxınlıq qəsdi mötəbərdir. Lakin vergi xümslə ziddiyyət daşımayan, zaman və məkan şəraitinə tabe olan hökumət qanunudur. Beləliklə, vergi ödəmək xümsü əvəz edə bilməz.

Sual: 8. “Müsalihə” sözünü izah edin.

Cavab: Əgər bir şəxs xümsün vacib olub-olmaması və ya onun miqdarı ilə bağlı şəkkə düşsə və ya xümsü ödəməklə bağlı öhdəçilik götürsə, həmin maldan istifadə üçün şəri hakim və ya onun nümayəndəsinə müraciət edə bilər. Beləcə, şəri hakim bu şəxsə münasib miqdarla keçinər və ya onun borclu qalmasını qəbul edər. Bu əməl “müsalihə” adlanır.

Xüms barədə bir neçə məşhur mərcəi-təqlidin nəzəri kitabı


more post like this