islamic mənbələri

    1. home

    2. article

    3. Sual: 68. Qurani-kərim nə üçün bir dəfəyə yox, tədricən nazil olub?

    Sual: 68. Qurani-kərim nə üçün bir dəfəyə yox, tədricən nazil olub?

    Sual: 68. Qurani-kərim nə üçün bir dəfəyə yox, tədricən nazil olub?
    Rate this post

     

    Cavab: İslami rəvayətlərə əsasən, Quran iki dəfə nazil olmuşdur: birinci dəfə Qədr gecəsində tam şəkildə, ikinci dəfə iyirmi üç il ərzində tədricən.

    «Fürqan» surəsinin 32-ci ayəsində buyurulur: «Kafirlər «Quran ona bütöv şəkildə nazil olmalı idi» dedilər. (Ya Məhəmməd) Sənin ürəyinə qətiyyət vermək üçün Biz onu ayə-ayə nazil etdik».

    Əvvəla, Quranın tədriclə nazil olması, insanların təbiətinə və ehtiyaclarına daha uyğun bir üsuldur. İnsan məqsədə addım-addım yaxınlaşdıqda, mətləblər daha aydın dərk olunur.

    Quran bədii əsər yox, həyat proqramıdır. Hər hansı proqram isə, cəmiyyətdə mərhələ-mərhələ həyata keçə bilər.

    Bədr, Ühüd, Əhzab, Hüneyn kimi müharibələrə isti münasibət bildirən Quran, birbaşa necə nazil ola bilərdi?! Başqa bir tərəfdən nüzulun davamı peyğəmbərliyin davamı idi.

    NUR-AZ.COM