islamic mənbələri

    1. home

    2. article

    3. Sual: 65. Qurani-kərimdə “Əhzab” surəsinin 40-cı ayəsindən başqa, Peyğəmbərin digər peyğəmbərlərdən üstün və sonuncu olmasını bildirən ayə varmı?

    Sual: 65. Qurani-kərimdə “Əhzab” surəsinin 40-cı ayəsindən başqa, Peyğəmbərin digər peyğəmbərlərdən üstün və sonuncu olmasını bildirən ayə varmı?

    Sual: 65. Qurani-kərimdə “Əhzab” surəsinin 40-cı ayəsindən başqa, Peyğəmbərin digər peyğəmbərlərdən üstün və sonuncu olmasını bildirən ayə varmı?
    Rate this post

     

    Cavab: «وَلَكِن رَّسُولَ اللَّهِ وَخَاتَمَ النَّبِيِّينَ» “O, Allahın elçisi və reyğəmbərlərin sonuncusudur”[3695] ayəsi ilə yanaşı İslam dininin davamlılığını və həmişəliyini sübut edən ayələr də Peyğəmbərin sonuncu peyğəmbər olmasına dəlalət edir:

    «و أُوحِيَ إِليَّ هذا القرآنُ لأُ نذِرَكم و مَن بَلَغَ» “Bu Quran mənə sizi və onun gələcəkdə çatacağı insanları xəbərdarlıq edib qorxutmaq üçün vəhy olundu.” [3696]

    Həmçinin:

    « لَا يَأْتِيهِ الْبَاطِلُ مِن بَيْنِ يَدَيْهِ وَلَا مِنْ خَلْفِه» وَإِنَّهُ لَكِتَابٌ عَزِيزٌ

    “Şübhəsiz ki, Quran çox dəyərli bir kitabdır və heç bir tərəfdən batil ola yol tapa bilməz”[3697]

    Çünki dini gətirən şəxsin sonuncu peyğəmbər olmasını qəbul etmədən bu dinin daimi olmasını təsəvvür etmək mümkün deyildir.

    Eləcə də Qurani-kərimdə və digər səmavi kitablarda Peyğəmbərin fəzilət və üstünlüyünə bildirən ayələr vardır: «و نزّلنا عَلَيكَ الكِتابَ تِبيانًا لِكُلِّ شَيءٍ» “Biz Quranı sənə hər şeyi izah etmək üçün nazil etdik”[3698].

    مِنَ الْكِتَابِ وَمُهَيْمِنًا عَلَيْه» «وَأَنزَلْنَا إِلَيْكَ الْكِتَابَ بِالْحَقِّ مُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ

    “Biz Quranı sənə haqq olaraq özündən əvvəlki ilahi kitabları təsdiq edən və onları qoruyan olaraq endirdik.” [3699]

    «شَرَعَ لَكُم مِنَ الدِّينِ ما وَصَّي بِهِ نوحاً وَالَّذي أَوحَيناً إِلَيكَ وَ ما وَصَّينا بِهِ إِبراهيمَ و موسي و عيسي»

    «Allah sənə vəhy etdiyi ayələri və Nuha, İbrahimə, Musaya və İsaya tapşırdıqlarını sənin üçün qanun etdi». [3700]

    Bu ayələr Rəsuli-əkrəmin üstünlüyünə sübutdur. Qurani-kərimdə Peyğəmbərin dəvətindən başqa bir şey yoxdur və Peyğəmbərin dəyəri onun dəvətinin dəyərindədir.

    [3695]  “Əhzab” surəsi 40-cı ayə

    [3696]  “Ənam” surəsi 19-cu ayə

    [3697]  “Fussilət” surəsi 41 və 42-ci ayələr

    [3698]  “Nəhl” surəsi 89-cu ayə

    [3699]  “Maidə” surəsi 48-ci ayə

    [3700]  “Şura” surəsi 13-cü ayə

     

    NUR-AZ.COM