islamic mənbələri

    1. home

    2. article

    3. Sual: 64. Quranın hansı ayəsi qiblənin dəyişdirilməsi haqqında nazil olub? İlk qiblənin dəyişdirilməsinin səbəbi nə idi?

    Sual: 64. Quranın hansı ayəsi qiblənin dəyişdirilməsi haqqında nazil olub? İlk qiblənin dəyişdirilməsinin səbəbi nə idi?

    Sual: 64. Quranın hansı ayəsi qiblənin dəyişdirilməsi haqqında nazil olub? İlk qiblənin dəyişdirilməsinin səbəbi nə idi?
    Rate this post

     

    Cavab: “Bəqərə” surəsinin 142-ci ayəsi. Müsəlmanların Mədinədə Beytül-müqəddəsə doğru ibadət etmələrinin müddəti haqda təfsirçilər arasında fikir müxtəlifliyi vardır. Belə ki, bu müddətin 7 aydan 17 aya qədər olması qeyd edilmişdir. Bu müddət ərzində müsəlmanlar müntəzəm olaraq yəhudilərin təhqir və tənələrinə məruz qalırdılar. Çünki Beytül-müqəddəs yəhudilərin qibləsi idi. Onlar müsəlmanlara irad edərək deyirdilər: Siz öz dininizdə müstəqil deyilsiniz, bizim qibləmizə dÓğru namaz qılırsınız və bu da bizim haqq Ólmağımıza tutarlı dəlildir.

    Bu söz-söhbətlər Peyğəmbərə (s.ə.v.v) və eləcə də müsəlmanlara xÓş təsir bağışlamırdı. Onlar bir tərəfdən Allahın əmrinə itaət edir, digər tərəfdən də yəhudilərin ardı-arası kəsilməyən təhqir və məsxərələrinə dözməli olurdular. Buna görə də Peyğəmbər gecələr asimana baxır, sanki ilahi vəhyin intizarını çəkirdi. Bir müddət keçdikdən sonra, nəhayət Allahdan qiblənin dəyişdirilməsi haqda fərman gəldi. Peyğəmbər (s.ə.v.v) “Bəni-salim” məscidində zöhr namazının iki rəkətini Beytül-müqəddəsə doğru qıldıqdan sonra, Allahın əmri ilə Cəbrail (əleyhissalam) o Həzrətin qÓlundan tutub Ónu äəbəyə dÓğru döndərdi.

    Zuqibləteyn (iki qibləli) məscidi məhz o mühüm hadisənin yadigarıdır.

    NUR-AZ.COM