Cavab: İmam (r): Əgər həmin il satılsa, xüms ilindən qalan pulun xümsü verilməlidir. Əgər alış ilindən sonra satılsa xüms ilinin tamamlanmasını gözləmədən dərhal bu pulun xümsü verilməlidir. Əgər bu vasitələri başqa vasitələrlə əvəz edərsə xümsü yoxdur.

Fazil: Əgər həmin il (alış ili) satılarsa xüms ilindən artıq qalan pulun xümsü verilməlidir. Əgər alış ilindən sonra satarsa (alış və satış qiymətində olan fərqin miqdarı) ilin gəliri hesab olunur və xüms ilindən artıq qaldıqda xümsü verilməlidir.

Nuri: Əgər həmin il (alış ili) satılarsa, xüms ilindən artıq qalan pula xüms düşür. Əgər alış ilindən sonra satılarsa bu pulun xümsü yoxdur.

Təbrizi: Alış qiyməti ilə satış qiymətinin fərqinin miqdarı ilin gəliri hesab olunur və xüms ilindən artıq qaldıqda ona xüms düşür.

Xamenei və Məkarim: Ehtiyacı olan vasitələri satdıqda bu pula heç bir halda xüms düşmür.

Behcət: Xüms ilindən artıq qalarsa ona xüms düşür.

Safi və Sistani: Əgər həmin il (alış ili) satılarsa vacib ehtiyata əsasən onun xüms ilindən artıq qalan puluna xüms düşür. Əgər alış ilindən sonra satarsa, yalnız alış və satış qiymətinin fərqindəki miqdar ilin gəliri hesab olunur və xüms ilindən artıq qaldıqda ona xüms düşür.

Vəhid: Yalnız alış və satış qiymətinin fərqindəki miqdar ilin gəliri hesab olur və xüms ilindən artıq qaldıqda vacib ehtiyata əsasən ona xüms düşür.

Xüms barədə bir neçə məşhur mərcəi-təqlidin nəzəri kitabı


more post like this