islamic mənbələri

    1. home

    2. article

    3. Sual: 57. Nə üçün Quranın evlərdə oxunması tövsiyə edilib?

    Sual: 57. Nə üçün Quranın evlərdə oxunması tövsiyə edilib?

    Sual: 57. Nə üçün Quranın evlərdə oxunması tövsiyə edilib?
    Rate this post

     

    Cavab: Hədislərdə gəlib ki, Quran oxumaq evləri nurani edər, bərəkətini çoxaldar. Mələklər orada hazır olar, şeytanlar o evdən uzaqlaşarlar. O ev asiman əhli üçün nurani olar.

    Sual: 58. “Ərrəhman” surəsində “Fə bi əyyi alai rəbbikuma tukəzziban” cümləsi neçə dəfə təkrar olunur?

    Cavab: Bu cümlə otuz bir dəfə təkrar olunur.

    Sual: 59. İmam Hüseyn əleyhissalamın kəsik başının Şam məscidində nizədə oxuduğu ayə hansı ayədir?

    Cavab: “Kəhf” surəsinin 9-cu ayəsidir.

    Sual: 60. Həzrət Zəhranın (s.ə) şəninə nazil olan surə hansıdır?

    Cavab: “Kovsər” surəsidir.

    Sual: 61. Allahın bütün behişt nemətlərindən danışdığı lakin Həzrəti Zəhranın əleyhissalam ehtiramına görə Hurul-eynin adını çəkmədiyi surə hansıdır?

    Cavab: “İnsan”, yaxud da “Həl əta” surəsidir.

    Sual: 62. Hansı kitablar Quranın “bacı” və “qardaş” kimi məhşur laşıblar?

    Cavab: İmam Əli əleyhissalamın “Nəhcül-bəlağə”si Quranın qardaşı, İmam Səccad əleyhissalamın “Səhifeyi-Səccadiyyə” kitabı isə Quranın bacısı adlanır.

    Sual: 63. Hansı asiman kitablar Ramazan ayında nazil olub?

    Cavab: “Tovrat”, “İncil”, “Zəbur”, “Suhuf” və “Quran” Ramazan ayında nazil olub.

    NUR-AZ.COM