islamic mənbələri

    1. home

    2. article

    3. Sual: 56. Quran oxumaq üçün hansı müstəhəb əməllərə riayət etmək lazımdır?

    Sual: 56. Quran oxumaq üçün hansı müstəhəb əməllərə riayət etmək lazımdır?

    Sual: 56. Quran oxumaq üçün hansı müstəhəb əməllərə riayət etmək lazımdır?
    Rate this post

     

    Cavab: Quran oxuyanda aşağıdakı şərtlərə riayət etmək lazımdır:

    1- Paklıq və təharət (dəstəmazlı olmaq); Əgər Quran oxuyanda əllərin onun yazılarına dəyməsi ehtimalı verilsə, onda hökmən gərək dəstəmaz alınmalıdır.

    2- Ağzın paklığı (dişləri fırçalamaq);

    3- İxlas üzündən və Allaha görə oxumaq;

    4- Qurandan qabaq məxsus duaları oxumaq;

    5- “Nəhl” surəsinin 98-ci ayəsində buyurulan “əuzu billahi minəş-şeytanirrəcim” sözünü deyək.

    6- Quranı üzündən oxumaq; hətta əzbərdən bilsə belə; bu iş günahların bağışlanmasına səbəb olur.

    7- Gözəl səs ilə oxumaq;

    8- Ərəb ləhcəsi ilə oxumaq;

    9-Quran hər bir müsəlmanın səadətə çatmağı üçün bir proqramdır. Bu səbəbdən hər gün ən azı on ayə oxuması yaxşıdır.

    10- Mənasına diqqət etmək;

    11- Ahəstə və yavaş-yavaş oxumaq;

    12- Quran oxunan zaman qulaq asmaq və sükut etmək;

    13- Səcdə ayələrinə çatanda səcdə etmək;

    14- Quranı xətm etmək (qurtarmaq);

    15- Quranı əzbərləmək;

    16- Quranı münasib yerdə saxlamaq;

    17- Quranın qarşısında ədəb qaydalarına riayət etmək;

    18- Quran oxunduğundan sonra “sədəqəllahül-əliyyul-əzim” demək

    19- Quran oxunduqdan sonra dua oxumaq.

    NUR-AZ.COM