islamic mənbələri

    1. home

    2. article

    3. Sual: 55. İlahi ayələri xırdalıqlarına qədər açıqlamağa ehtiyac yoxdur, amma bir çox ayələrdə daha dərin xırdalıqlar açıqlanmışdır. Məslən, həzrət Musanın (əleyhissalam) əhvalatına çox əhəmiyyət verilmiş və ən xırda məsələlər hətta təkrarlanmaqla açıqlanmışdır. Halbuki, İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) həyatına bu qədər diqqət olunmamışdır. Yaxud bəzən Süleyman peyğəmbərlə (əleyhissalam) Bilqeysin əhvalatında olduğu kimi ən kiçik mövzular açılmışdır. Bu cür xırdalıqların açıqlanmasının səbəbi nədir?

    Sual: 55. İlahi ayələri xırdalıqlarına qədər açıqlamağa ehtiyac yoxdur, amma bir çox ayələrdə daha dərin xırdalıqlar açıqlanmışdır. Məslən, həzrət Musanın (əleyhissalam) əhvalatına çox əhəmiyyət verilmiş və ən xırda məsələlər hətta təkrarlanmaqla açıqlanmışdır. Halbuki, İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) həyatına bu qədər diqqət olunmamışdır. Yaxud bəzən Süleyman peyğəmbərlə (əleyhissalam) Bilqeysin əhvalatında olduğu kimi ən kiçik mövzular açılmışdır. Bu cür xırdalıqların açıqlanmasının səbəbi nədir?

    Sual: 55. İlahi ayələri xırdalıqlarına qədər açıqlamağa ehtiyac yoxdur, amma bir çox ayələrdə daha dərin xırdalıqlar açıqlanmışdır. Məslən, həzrət Musanın (əleyhissalam) əhvalatına çox əhəmiyyət verilmiş və ən xırda məsələlər hətta təkrarlanmaqla açıqlanmışdır. Halbuki, İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) həyatına bu qədər diqqət olunmamışdır. Yaxud bəzən Süleyman peyğəmbərlə (əleyhissalam) Bilqeysin əhvalatında olduğu kimi ən kiçik mövzular açılmışdır. Bu cür xırdalıqların açıqlanmasının səbəbi nədir?
    Rate this post

     

    Cavab: Bu sualın cavabında əvvəl demək olar ki, hər hansı bir həqiqət, qanun və ya hökmün açıqlanmasında bütün cüziyyatları qeyd etmək lazım deyil və bu qanuna Quranda da riayət olunmuşdur. Çünki, əgər Quranda bütün qanun və hökmlər cüziyyatları ilə qeyd olunsa, o zaman hər bir fərdin və müsəlmanın xüsusiyyət və vəziyyətlərini nəzərə almaqla Allah-taala tərəfindən çox geniş şəkildə ayrıca bir kitab nazil olunmalı idi. Belə bir qanunun riayət olunmasına xatir Allah-taala Qurani-Kərimdə xüsusi gözəlliklə, əqli dərki mümkün, aşkar əhvalat, misal, bənzətmə və təmsillər şəklində dərin İslam maarifini ümumi şəkildə açıqlamışdır. Bəli, bəzən müəyyən səbəbə görə Allah-taala hansısa həqiqətin nümunəsinin açıqlanmasında və ya qanunun bəyanında ən xırda məsələlərə belə toxunmuş və onları qeyd etmişdir. Məsələn, ərəblər arasında qumar oynamaq çox böyük iftixar sayıldığına görə bu əməlin çirkinliyi insanlara örtülü idi. Ona görə də Allah-taala qumar və şərab kimi mövzuların hökmlərinin açıqlanmasında ən xırda məsələlərə belə toxunmuşdur. Belə açıqlamalar ümumi bəyan qanunları ilə müxalif olmamaqla yanaşı insanların zəlalətə düşməsinin və yollarının azmasının qarşısının alınmasına xidmət edir.

    Amma sualın ikinci qisminin cavabında demək olar ki, keçmişdəki bəzi əhvalatların cüziyyatı ilə açıqlanması tamamilə aydındır. Çünki, keçmişdəki əhvalatların dərindən mütaliə olunması bizim üçün təzə yolların açılmasına, istiqamətimizin möhkəmlənməyinə və inhirafın qarşısının alınmasına çox kömək edir. Bu da növbəti addımlarımızda səhvlərin acısından uzaq olmaqda bizlərə kömək olur. Bu mövzuda bir çox digər səbəblərə də işarə etmək olar;

    a) Quranda tarixi hadisələrin bəzən xırdalıqlar ilə açıqlanması İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) peyğəmbərlik elminin nümayişidir və Quranın ecazkarlığı və mübarizəsinin möhkəmliyinə dəlalət edir;

    b) Yəhudi və xristian peyğəmbərlərinin tarixindən xırdalıqlara qədər açıqlamalar bu peyğəmbərlərin dinlərinin tərəfdarlarına onların dinlərinin İslam dini ilə müştərək sərçeşmədən mənşə almasını açıqlamaqdır. Bu da onların İslam dininə meyllərinin çoxalması və düşmənçilik fikrindən əl çəkmələrinə səbəb olur;

    v) Etiqadi məsələlər çox dəqiq və maddi cəhətdən hiss olunmayan bir mövzudur. Bu cəhətdən Allah-taala xüsusi və mühüm əhvalatları nəql etməklə, belə həssas etiqadi mövzuları adi və ümumi insanların dərki üçün asanlaşdırır. Məsələn, Allah-taalanın həzrət İbrahimi (əleyhissalam) atəşdən xilas etməkdən ötrü mütləq qüdrətini göstərməsini qeyd etmək olar;

    q) Keçmişdəki hadisələrdən ibrət almaq və islah olmaq əhvalatların bəzən xırdalıqlara qədər açıqlanmasını tələb edir;

    d) Olmuş həqiqi əhvalatın nəql olunması insanın dolayı yolla təlim-tərbiyə olunmasının ən yaxşı yollarından biridir. Quran həzrət İbrahimin (əleyhissalam) əhvalatlarında onun dəlil və məntiq əsasında, əqli və məntiqi yollarla düzgün yolun seçilməsində ən yaxşı təlim-tərbiyə yollarından istifadə etmiş və bunu kifayət qədər gözəl bəyan etmişdir.

    Sualın son qismətinin cavabında demək olar ki, kiminsə əhvalatının xırdalıqlarına qədər Quranda qeyd olunması o fərdin fəzilətinə və daha üstün olmasına dəlalət etmir. Başqa tərəfdən kiminsə Quranda adının çəkilməməsi və ya əhvalatının xırdalıqları qədər zikr olunmaması onun aşağı məqamda olmasına dəlalət etmir. Ona görə ki, Quranda bir tərəfdən Firon, Əbu Ləhəb, Samiri, Şeytan və sair kimilərin əhvalatlarının və inhiraflarının xırdalıqlarının açıqlanmasına şahidik, digər tərəfdən isə bu Quranda bir çox peyğəmbərlərin həyatından ümumiyyətlə söz açılmamışdır. Bütün bunlar İlahi maarifin və Quranın hədəflərinin məsləhətinə uyğun olaraq xırdalıqlara varmasından başqa bir şey deyildir.

    Sonda sualda təkid olunmuş iki mühüm məsələyə işarə etmək istərdik;

    1. Müsəlmanların vəziyyətlərinin bəni-İsrail tayfasına oxşaması səbəb olur ki, Quranda həzrət Musanın (əleyhissalam) əhvalatına xırdalıqlarına qədər və təkrar-təkrar işarələr olunsun. Bu mövzuda Quranda çoxlu məsələlər açıqlanmışdır.

    2. Quranda İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) həyatının xırdalıqlarından qeydlər olunmaması iddiası vaxtsız və insafsız olaraq əvvəlcədən xəbər verilən bir ehtimaldır. Çünki, Quranın nazil olma səbəbələri tarixini araşdırdıqda məlum olur ki, çox ayələrdə İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm), Əhli-Beytinin (əleyhissalam) və səhabələrin haqqında ən xırda açıqlamalara qədər qeydlər gəlmişdir.

    NUR-AZ.COM