Cavab:
Salam olsun haqq yolda olanlara!
Ələvilər
Ələvilər şiə firqələrindən biri hesab olunur və hal-hazırda Suriya, Livan və Türkiyənin bəzi nahiyələrində yaşayırlar. On üç nəfərdən ibarət olan Ələvi alimlərinin Hicri 1392/8/24 tarixdə verdikləri bəyanata nəzər saldıqda, bu həqiqətin şahidi oluruq ki, şəri hökmlər və üsulidin məsələləri baxımından ələvilərlə imamiyyə şiələri arasında heç bir fərq yoxdur. Eyni zamanda bəzi imamiyyə alimləri də belə bir etiqadın doğruluğuna dair şəhadət vermişlər. Bu yaxınlarda dünyasını dəyişmiş Livanın görkəmli fiqh alimlərindən olan Şeyx Məhəmməd Cavad Muğniyə Ələvi alimləri ilə apardığı müzakirə və elmi məclislərdən sonra onların əqidələrinin imamiyyə şiələri ilə tamamilə müvafiq olduğunu bir daha etiraf etmiş və buna şəhadət vermişdir.
Lakin burada belə bir sual meydana gəlir. Əgər Ələvilərin əqidəsi imamiyyə şiələri ilə tam uyğun gəlirsə, onda nə üçün onlar müstəqil firqə hesab olunurlar?
Bu sual müxtəlif məzhəb və dinlər barədə kitab yazmış bir çox alimlərin marağını özünə cəlb etmişdir. Onlar daim səy etmişlər ki, Ələviləri «Nusəyriyyə» firqəsi ilə eyniləşdirsinlər.
Nusəyriyyə Hicrətin beşinci əsrində İbni Nusəyr adlı şəxs tərəfindən meydana gəlmişdir. O özünü Ələvi kimi qələmə verdiyi üçün son dövrün ələvi alimləri də özlərini onun davamçıları hesab etmişlər. Lakin Ələvilər Nusəyriyyənin nəzəriyyələrini, əqidə və etiqadlarının heç birini qəbul etmədikləri üçün onları Nusəyriyyəyə aid etmək olmaz. Çünki Nusəyriyyə 12-ci imamın imamətini qəbul etmir. Əli ibni Əbu Talibə gəldikdə isə, bu işdə də ifrata vararaq o həzrəti ilahiləşdirmişlər. Həmçinin İbni Mülcəmi lənətləyənlərə qarşı çıxaraq, onu həzrət Əlinin maddi aləmlə olan əlaqəsini kəsib, əbədi həyata qovuşdurduğu üçün çox sevirlər. Bütün bunlarla yanaşı, tənasüxə etiqad bəsləyib şərabı halal hesab etmişlər.
Necə olursa-olsun, Ələviləri Nusəyriyyə əqidəsini rədd, şiə əqidəsini isə iqrar etdikləri üçün ayrı bir firqə deyil, məhz imamiyyə firqəsindən hesab etmək lazımdır.
Ələvilərin belə adlandırılmasına gəldikdə isə, deyə bilərik ki, bəlkə də onlar Abbasi xəlifəsinə qarşı çıxmaları və apardıqları uzun sürən mübarizədən sonra dövlət qurmağa nail olmalarına görə bu adla məşhur olmuşlar.
Hələbdə təşkil olunmuş Həmdanilər və Təbəristanda təsis edilən Ələvi dövlətini buna misal çəkmək olar. Demək, Abbasilər öz şiə müxaliflərini Ələvi kimi tanıdıqları üçün bu ad sonralar onlara da verilmişdir.
“İslam məzhəbləri ilə tanışlıq” kitabının 48 – ci dərsi. Kitabın linki:
http://haqqyolu.org/kitabxana/read.php?id=20081002061538
Haqq yolda sizə müvəffəqiyyət diləyirik.

haqyolu.com


more post like this