Cavab:

Salam olsun haqq yolda olanlara!
Dünyasın dəyişmiş insana savab hədiyyə etmək barədə çoxlu hədislər məsumlardan nəql olunub ki namaz, Quran oxumaq, ziyarət va s. kimi əməllərin savabın ölənlərə hədiyyə göndərin. Savab maddi bir şey deyil bəlkə mənəvi olduqu üçün maddiyyat kimi məhdud deyil və insanın niyyətinə bağlıdır necə neyyət edilərsə Allah-təala da niyyətə uyğun savab verər. Buna bir misal göstərmək olar: Bir müəllim dərs verib elm öyrədirsə onun elmi azalmır əksinə çoxalır 1 nəfər ya 100 nəfərdə fərq etmir hamısı müəllimin elmindən bəhrələnir. Hədislərdə də buna işarə olunub.
hədisdə buyurmuşdur: Hər hasnı bir ölüyə hədiyyə göndərilən zaman, bir mələk onu alar və göndərilən ölülərə üz tutub deyər: Salam olsun sizə ey qəbir əhli! Sizin əhliniz sizə hədiyyə göndərmişdir. O hədiyyə ilə birgə onun qəbrinə daxil olar. (Müstədrəkul Vəsail, c, 2, s , 115.)

Haqq yolda sizə müvəffəqiyyət diləyirik.

haqyolu.com


more post like this