Cavab:

Salam olsun haqq yolda olanlara!
Nizami Gəncəvinin harada doğulduqu və məzhəbi barəsində ixtilaflar var. Nizami şerlərində Hz. Əlini (ə) və 3 xəlifəni tərifləyir ki bəziləri bunu Nizaminin sünni məzhəh olmasına sübut gətirirlər.Fars dilindən tərcümə olunmuş şerində (Nizminin türk dilində şeri yoxdur) deyilir:
Etdiyim duadan yazaram bir xətt,
Üstündə möhrünü qoysun Məhəmməd.
Həm də dörd xəlifə şəhadətiylə,
Yüzlərcə eşq olsun dördünə belə.

Əlinin eşqində sabitqədəməm,
Ömər sevgisindən uzaq deyiləm.
Hər iki nur ilə nurlanır dimaq:
Əbubəkr bir şamdır, Osman bir çıraq.
Bu dərviş sifətli dörd böyük soltan,
Əlbətdə tarixçilər yazırlar Nizaminin vaxtında Gəncə şəhərinin əhalisi əhli-sünnə idilər və sünni olmayanı şəhərdən çıxarırdılar . Nizamıdə təqiyyə üzündən 3 xəlifənin adını çəkir. Allah doğrusunu bilir.
Haqq yolda sizə müvəffəqiyyət diləyirik.

haqyolu.com


more post like this