Cavab:
Allahın salam və rəhməti olsun sizə.

Əslində Abdullah ibn Səba bir yəhudi idi və sonradan İslamı qəbul edərək, zahirdə müsəlman olmuşdu. Bu şəxsin şiə məktəbinin rəhbəri kimi tanıtdırılması çox qəribə və təəccüblüdür. Çünki şiə dünyasının bütün tanınmış kitablarında bu adam barəsində heç bir rəğbət hissi oyadan söz yoxdur. Doğrusu, şiənin bütün “rical” kitabları onu azğın, yolunu azmış bir şəxs kimi tanıtdırır. Hətta bizim bəzi rəvayətlərimizə əsasən Həzrət Əli (ə) onun mürtəd olduğuna görə, ölümünə fərman vermişdi!

Onu da qeyd etmək lazımdır ki, tarixdə Abdullah ibn Səba adlı belə bir şəxsin olduğuna dair şübhələr də, mövcuddur. Bəzi tədqiqatçıların rəyinə əsasən, o, əfsanəvi-uydurulmuş bir şəxsdir. Tarixdə “Abdullah ibn Səba” adlı şəxsiyyət olmamışdır. Necə ola bilər ki, xəyali bir fərd şiənin banisi olsun?!

Ümumiyyətlə, o uydurulmuş əfsanə olmasa da, biz Abdullah ibn Səbanı mürtəd, azğın bir şəxs hesab edirik.

 

Sualınızın izahlı cavabın bilmək üçün bu adreslərə müraciət edin.

Kitabın adı: İslam məzhəbləri ilə tanışlıq Mövzu: Etiqad Müəllif: Tədqiqat qrupu

http://www.haqqyolu.org/kitabxana/read.php?id=20081002061538

http://islamquest.net/az/archive/question/fa1506

http://www.erfan.ir/article/article.php?id=37240

 

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

haqyolu.com


more post like this