Cavab:
Salam olsun haqq yolda olanlara.

Munzir Suri nəql edib ki, həzrət imam Baqir (ə)-dan Qaradaş barədə soruşduqda, buyurdu: «Üç daş Behiştdən nazil olmuşdur: həzrət İbrahim (ə)-a əmanət olaraq tapşırılmış Qaradaş, İbrahim məqamı və Bəni İsrail daşı».

Həzrət (ə) buyurub: «Allah-taala həzrət İbrahimə (ə) kağızdan daha ağ olan bir daşı tapşırmış, amma Adəm övladlarının günahları nəticəsində qaralmışdır.»
Həzrət Peyğəmbər (s) buyurub: «Qara daş, Allahın yer üzərində olan əlidir (məcazi mənada) ki, hər kəs ona əl çəksə, itaətdən boyun qaçırmamaq üçün Allahla beyət etmişdir».
Peyğəmbərin (s) ata-babası müvəhhid-təkallahçı olmuş və büdpərəstliyə, şirkə aldanmamışlar. Lakin əksər sünnə əhli Peyğəmbərin (s) bütün babalarının müvəhhid olduğunu qəbul etmirlər.
Çoxlu rəvayətlər həzrət Peyğəmbərin (s) əcdadının paklığını təsdiq edir.
Həzrət Peyğəmbərdən (s) nəql olunmuşdur ki, Allah-taala bizi dünyaya gələnədək daim pak sülb və bətnlərdən ötürülmüşdür və heç bir cahiliyyət çirkinliyi bizi bulaşdırmamışdır. Hansı cahiliyyət çirkinliyi şirkdən daha pisdir?!
Ələvaə məlumat üçün linkini təqdim etdiyimiz kitaba müraciət edin:

Kitabın adı: Allahın elçisi Mövzu: Əxlaq Müəllif: Həbibullah Əhmədi
http://www.haqqyolu.org/kitabxana/read.php?id=20081015042523

haqyolu.com


more post like this