Cavab:
Allahın salam və rəhməti olsun sizə.

Bu barədə əhli sünnət alimlərindən olan Məraği Misri Əs-Silafə fi əmril xilafə kitabında iki rəvayət Peyğəmbərin əzəmətli səhabələrindən olan Səlman və Əbuzərdən nəql edir.

أخرج أن رجلا دخل على رسول الله (صلى الله عليه واله وسلم) وقال : يا رسول الله إنّ أبا ذر يذكر في الأذان بعد الشهادة بالرسالة الشهادة بالولاية لعلى عليه السلام .
قال رسول اللّه‏(صلي الله عليه وآله وسلم ) كذلك ، أو نسيتم قولي في غدير خم : من كنت مولاه فعلي مولاه ) ؟ .
السلافة في أمر الخلافة، ص 32.
1-Bir şəxs Peyğəmbərin–səlləllahu əleyhi və alihi və səlləm– yanına gəlib dedi: Ey Allahın Rəsulu Əbuzər azanda risalətə şəhadət verdikdən sonra Əlinin (ə) vilayətinədə şəhadət verir. Peyğəmbər (s) buyurdu: Mənim Qədir-Xumda dediyimi yaddan çıxarmısız ki,–“Hər kimin mövlası mənəm, Əli də onun mövlasıdır.”?
دخل رجل على رسول الله صلى الله عليه وآله وسلم ، فقال : يا رسول الله ! إني سمعت أمرا لم أسمع قبل ذلك ، فقال صلى الله عليه واله وسلم : ما هو ؟ قال : سلمان قد يشهد في أذانه بعد الشهادة بالرسالة ، الشهادة بالولاية لعلي (عليه السلام) ، قال (صلي الله عليه وآله وسلم ): سمعت خيرا.
السلافة في أمر الخلافة، ص 32.
2-Bir şəxs Peyğəmbərin–səlləllahu əleyhi və alihi və səlləm– yanına gəlib dedi: Ey Allahın Rəsulu indiyədək eşitmədiyim bir şey eşitmişəm. Peyğəmbər–səlləllahu əleyhi və alihi və səlləm– buyurdu: Eşitdiyin nədir? Cavab verdi: Salman azanda risalətə şəhadət verdikdən sonra Əlinin (ə) vilayətinədə şəhadət verirdi. Peyğəmbər–səlləllahu əleyhi və alihi və səlləm– buyurdu: Yaxşi şey eşitmisən.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

haqyolu.com


more post like this