Cavab:
Salam olsun haqq yolda olanlara!
Pis fikirlər şeytanın vəsvəsəsidir. Adətən pis fikirlər bekarçılıqdan irəli gəlir. Çalışın boş vaxtlarınızı mütaliə, kitab oxumaq, dini moizələrə qulaq asmaq, zikr deməklə doldurun.
Həyatınızda proqram üzrə hərəkət etməyə səy edin, belə ki, səkkiz saat işə və dərsə, səkkiz saat istirahət və yatmağa, səkkiz saat ibadət, dua və mütəal Allahla raz-niyaza sərf edin. Heç vaxt bekar qalmayın, hətta faydasız iş tənbəllikdən və işsizlikdən yaxşıdır.
Namaz əsnasında yad fikirlərin zehnə gəlməməsəindən ötrü namazdan əvvəl zehni dolaşıq fkirlərdən təmizləmək lazımdır. Yəni insan gün ərzində hər bir addımına diqqət etməli, yalınız Allahın razılığını nəzərə almalıdır. Belə olan halda insan namazda diqqətli ola, ibadətdən ruh ala bilər. Habelə pis fikirlərin zehndən getməsi üçün Allaha təvəssül, səmimi qəlbdən onların yox olması üçün dua etmək lazımdır.
Haqq yolda sizə müvəffəqiyyət diləyirik.

haqyolu.com


more post like this