Cavab:
Allahın salam və rəhməti olsun sizə.

Şeyx Məhəmməd Təqi Bafiqi 1295 h.qəməri tarixində İranın Yəzd şəhərinin Bafiq kəndində dünyaya gəlib. Atası Məhəmməd Baqir bafiqi tacir olub. Məhəmməd Təqi Bafiqi 1320 h. q. Ilində 28 yaşında Nəcəfə hicrət edir və 17 il təhsilini kamilləşdirib İrana qayıdıb Qum şəhərində məskunlaşır. Müqəddəs Cəmkaran məscidin genişləndirib rövnəq verir. Həmçinin Qumda dini hövzənin təsisində böyük rolu olur. Mübariz alim zalım şah Rizaxan tərəfindən Rey şəhrinə sürgün olunur. Nəhayət 72 iki yaşında 1942 ci ildə zalım şahın əli ilə zəhərlənib dünyasını dəyişir. Məhəmməd Təqi Bafiqi Qum şəhərində Həzrət Məsumə xanımın hərəmində dəfn olunur.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

 

Allahın salam olsun sizlərə.Mənim sizə 1 sualim var xahiş edirəm cavablandırasız.Bir çox hədislərdədə oxudum ki konkret menasi budu qelbinizde ALLAH-dan qeyrisine yer vermeyin ancaq ALLAH sevin.Bes onda Allah tek onu sevmeyimizi isteyirse o zaman Allah bize digerlerini sevmey bacariqini niye verdi?
Cavab:
Allahın salam və rəhməti olsun sizə.

Bəli, məhəbbət bəsləmək (valideynə, dosta qohunmlara) hissi insanda fitri bir hissdir. Amma bu hissi yönəltmək isə əslində siz qeyd etdiyiniz kimi deyil. Belə ki, Allaha məhəbbət vacib olduğu kimi hədislərdə valideynə dosta ailəyə də məhəbbətin vacibliyindən söz açılmışdır. Məsələn, peyğəmbər (ə) bir hədisdə buyurur: “valideynə məhəbbətlə baxış ibadətdir” görürük ki, vlideyn Allahdan qeyrisi olsada ona məhəbbətin mühimliyi vurğulanır. Amma siz qeyd etdiyiniz hədisdə keçən “Allahdan qeyrisinə sevgi” Allaha xatir olmayan və Allahın sevmədiklərinə olan sevgidir. Əgər bir sevgi, məhəbbət və bağlılıq Allahın rizası üçün olsa nəinki şirkdir hətda böyük savabı vardır. Necə ki, Allahın rəsulu buyurur: “İmanı saxlayan ən möhkəm əməl Allaha xatir sevgi və Allaha xatiq düşmənçilikdir.” O həzrət digər bir hədisdə isə ən yaxşı əməlin məhz Allaha xatir sevmək və Allaha xatir nifrət bəsləmək olduğunu vurğulayır.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

 

haqyolu.com


more post like this