islamic mənbələri

    1. home

    2. article

    3. Sual: 46. Hansı surələr Ənbiyanın (peyğəmbərlərin) adı ilə adlanıb?

    Sual: 46. Hansı surələr Ənbiyanın (peyğəmbərlərin) adı ilə adlanıb?

    Sual: 46. Hansı surələr Ənbiyanın (peyğəmbərlərin) adı ilə adlanıb?
    Rate this post

     

    Cavab: “Hud”, “Yusif”, “Yunis”, “İbrahim”, “Loğman”, “Nuh”, “Muhəmməd” surələridir.

    Sual: 47. Hansı surələr heyvanların adı ilə adlanıb?

    Cavab: “İnək” (Bəqərə), “Qarışqa” (Nəml), “Hörümçək” (Ənkəbut), “Fil” “Arı” (Nəhl) surələridir.

    Sual: 48. Hansı surələr qiyamətin adı ilə adlanıb?

    Cavab: “Rəd”, “Həşr”, “Casiyə”, “Vaqiə”, “Qiyamət”, “Təğabun”, “Nəbə”, “Qariə” və “Zilzal” surələridir.

    Sual: 49. Hansı surələrdə vacib səcdələr var?

    Cavab: Quranın dörd Surəsində vacib səcdə vardır: 1-”Ən-nəcm” (53-cü Surə); 2-”İqrə” (96-cı Surə); 3-”Əlif-Lam-Mim Tənzil” (32-ci Surə); 4-”Ha-Mim Səcdə” (41-ci Surə). Bu surələr əzaim adı ilə məhşurdur.

    Sual: 50. Quran Peyğəmbərə neçə dəfə nazil olub?

    Cavab: Quran Peyğəmbərə 2 dəfə nazil olub: bir dəfəyə (“Qədr” surəsinin ilk ayəsinə görə) və tədricən (“Əsra” surəsinin 106-cı ayəsinə görə).

    NUR-AZ.COM