Cavab:

Salam olsun haqq yolda olanlara!

İrfani məqamlara çatmağın üsulları nədir sualının cavabında Ayətullah Behcət (Allah ona qəni-qəni rəhmət etsin) buyurmuşdur: Ən ümdəsi şəri vəzifəyə əməl etməkdir. Səmavi göstərişlərə əməl etmək insana həqiqi irfanı bəxş edir və elə bir məqama çatan şəxs “Mən yalnız gördüyüm Allaha ibadət edərəm” deyir. Həqiqi irfan bütün şəriət hökmlərini yerinə yetirmək və ən başlıcası isə həm əqidə və həm əməl etibarı ilə günahları tərk etməkdir.

Həzrət Ayətullahül-Üzma Behcətin mübarək məhzərindən soruşurlar:

Sual: Allaha doğru hərəkətdə (seyri-süluk yolunda) hökmən ustad olmalıdırmı? Əgər fərz etsək ki, ustad yoxdur, çarə nədir?

Cavab: “Allahın adı ilə. Sənin ustadın sənin elmindir. Bildiyinə əməl et və bilmədiyin şeyə görə vəzifən yoxdur.”

Bəqərə surəsi ayə 282-də deyilir:….Allahdan qorxun! Allah sizi öyrədir və Allah hər şeyi biləndir.

Haqq yolda sizə müvəffəqiyyət diləyirik.

haqyolu.com


more post like this