Cavab:
Salam olsun haqq yolda olanlara!

Əxlaq alimləri belə hesab edirlər ki, insanı günaha sövq edən ən mühüm amil şəhvət və qəzəbdir. İstər kişi, istərsə də qadın olsun, həddi-büluğ dövrünə çatan hər bir insan seksual hislərə malik olur. Təqva və pəhrizkarlığa nail olmaq və Şeytani vəsvəsələrdən qorunmağı, ailə qurmaqlığın səmərsi hesab etmək olar. Nəql olunmuş rəvayətlərdən belə bir qənaətə gəlmək olur ki, Şeytani vəsvəsələr hər şeydən əvvəl qəzəb və şəhvət hislərinə mənfi təsir göstərir.

Әli (ə) bu haqda buyurur:

«İblisin [insanları özünə çəkməkdə] qəzəb və qadından böyük ipi yoxdur».

 

İmam Sadiq (ə) buyurur:

«İblisin qəzəb və qadından qüdrətli ordusu yoxdur».

Demək, ailə qurduqda Şeytani vəsvəsələrin qarşısına böyük sədd çəkilir. Çünki ailə qurmaqla Şeytanın insanları haqq yoldan uzaqlaşdırmağa heç bir macalı olmur. Bunun üçün də nəql olunmuş rəvayətlərdə ailə qurmuş cavanların dinlərinin yarısını qoruduqları və Şeytanın nalə çəkərək «İmanını məndən qoruya bildi!» dediyinə toxunulur.

Ailə qurmağın digər müsbət nəticələrindən biri də insanda mənəvi rahatlığın yaranmasıdır. Çünki təklik, insan üçün yorucu və getdikcə dözülməz olur. Bunun üçün də o, özü ilə həmsöhbət və dərdlərini bölüşdürə biləcək həyat yoldaşı tapmağa can atır. Yorucu təklik həyatı eyni zamanda insanın ruhi sarsıntısına səbəb olduğu üçün ibadətlərinin lazımınca yerinə yetirilməsinə mane olur. Bunun üçün də hər bir insan mənəviyyatının güclənməsi və ruhunun rahatlıq tapması üçün istirahət və aram həyata ehtiyac duyur.

 

Ailə qurduqda isə insan bütün bunlara nail olur. Buna görə də Allah-taala Rum surəsinin 21-ci ayəsində, bəşəriyyətin ailə qurmasını Öz əlamət və nişanlarından olduğunu bildirir və insan üçün həyat yoldaşı yaratmasının səbəbini belə izah edir:

«Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsindən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir…»

Evlənmək yüksək əxlaqi xüsusiyyətlərə yiyələnməkdə və nəfsani istəklərlə mübarizədə ən başlıca yollardan biri hesab olunur.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

haqyolu.com


more post like this