Cavab:

Salam olsun haqq yolda olanlara!
Allah ibadətinizi qəbul etsin. Namaz ixtiyari bir əməl deyil ki hər kəs ürəyi istədi qılsın istəmədi qılmasın bəlkə namaz hər bir müsəlmana vacibdir və qılmamağa heç bir yol yoxdur. Namaz bizim Allaha olan sevgimizi və itaətimizi subut edir. İnsanın nəfsi istəkləri və Şeytan həmişə onu haqq yoldan saxlamağa çalışır. Namaz Allaha şükr etməkdir və buda Allahın öz əmridir namazı yarıda qoymağın mənası budur ki, artıq Allahı, qarşısında boyun əyməyə layiq bilmirəm. Bu necə sevgi məhəbbətdir ki, Onun əmri bizim üçün qanun deyil. Namaza nəfsi məcbur etmək dini baxımdan bəyənilən bir işdir və bu böyük cihad hesab olur. Adətən nəfs insanı pisliyə sövq edir. Bu ayələrə diqqət edin.
Yusif surəsi ayə 53…..Çünki, Rəbbimin rəhm etməsi istisna olmaqla (insanın) nəfs(i) daim pisliyə əmr edəndir. Həqiqətən mənim Rəbbim çox bağışlayan və mehribandır».
Naziat ayə40. Amma kim öz Rəbbinin məqamından, Onun hüzurunda durmaqdan qorxub və nəfsini həvayi – həvəsdən saxlamışsa, 41. Şübhəsiz, onun yeri Cənnətdir.
Haqq yolda sizə müvəffəqiyyət diləyirik.

 

haqyolu.com


more post like this