Cavab:

Salam olsun haqq yolda olanlara!
Yaxşı işləri deməklə savabı silinmir bəlkə bu insanın niyyətinə bağlıdır, riya etdikdə yaxşı əməllərlə başqasına fəxr etdikdə qürur hissi duyduqda savabı silinir. Bəzi vaxtlar yaxşı işi demək özüdə yaxşıdır. Başqa insanların yaxşılıqa dəvət etmək məqsədi ilə olsa. İnsanı mənfi və pis tanısalar ittihamı aradan qaldırmaq niyyəti ilə olsa məsələn başqaları sizi xəsis adam kimi tanıyırlar əgər onların qarşısında fəqirə kömək etsəniz, aliaçıqlığı biruzə vermək bu pis deyil və s.
İxlasla deyil, Allahdan qeyrisinə göstərmək məqsədi ilə yerinə yetirilən əmələ “riya” deyilir.
İmam Əli (ə) buyurmuşdur: “Riyanın üç əlaməti vardır: Camaat onu görəndə sevinsin, tək olanda (ibadətə qarşı) süst olsun və camaatın onu tərifləməsini istəsin.”
Haqq yolda sizə müvəffəqiyyət diləyirik.

haqyolu.com


more post like this