Cavab:

Salam olsun haqq yolda olanlara!
Dəstəmaz almağın qaydası
1. Niyyət etmək: “Dəstəmaz alıram qürbətən iləllah” sözlərini qəlbdən keçirtmək.
2. Üzü alının tük bitən hissəsindən çənəyə qədər yuxarıdan aşağıya doğru, eni isə əlin baş barmağından orta barmağına qədər məsafə qədərində yumaq.
3. Sağ qolu sol əlimizlə dirsəkdən barmaqların ucuna qədər yuxarıdan aşağı yumaq. Әgər aşağıdan yuxarı yuyulsa, dəstəmaz batildir.
4. Sol qolu sağ əlimizlə dirsəkdən barmaqların ucuna qədər yuxarıdan aşağı yumaq. Әks təqdirdə isə dəstəmaz batil olur.
5. Sağ əlimizin yaşı ilə (suya əl vurmazdan) başın qabaq hissəsindən alına tərəf əl ilə məss çəkmək. Bu şərtlə ki, məssin rütubəti alında olan üzün suyuna qarışmasın.
6. Sağ əlin rutubəti ilə sağ ayağın baş barmağının ucundan, ayağın üstündəki dik yerə qədər əl ilə məss çəkmək.
7. Sol əlin rutubəti ilə sol ayağın baş barmağının ucundan, ayağın üstündəki dik yerə qədər əl ilə məss çəkmək.
Haqq yolda sizə müvəffəqiyyət diləyirik.

haqyolu.com


more post like this