Cavab:
Allahın salam və rəhməti olsun sizə.

1-Şiə aıimlərinin əksəriyyəti əməli imanın sihhəti üçün şərt bilmirlər. Kamilliyi üçün isə şərt bilirlər.
2-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Namaz dinin sütunudur, onu bilə-bilə tərk edən şəxs dinini xarab etmişdir.”

3-Sualınız aydın deyil. Əgər məqsədiniz mərcə fəqihlərdisə, mərcə cameüş-şərait (bütün şərtlərə malik olan) müctehidlərə deyilir. Mərcəi təqlid müctehidlər: Ayətullah uzma Məkarim Şirazi, Vəhid Xorasanı, Seyid Əli Xamnei, Seyid Əli Sistani, Cəfər Subhani, Safı Gulpəyqani, Nuri Həmədani və s.

4- Müsəlman sayılır.Amma əməlsiz, savab və ilahi fəzlə ümid bəsləmək qürur və axmaqlıqdır. İmansız əməl və ya əməlsiz iman insanı səadətə çatdırıb onu behişt əhli edə bilməz. İmam Sadiq (ə) buyurmuşdur: “Allah-taala mərifət və agahlıq üzündən olmayan əməli qəbul etməz və mərifət də əməlsiz olmaz. Deməli kimin mərifəti olsa, ona əməlində bir bələdçi olacaqdır. Kim əməl etməzsə, mərifəti yoxdur. Bilin ki, imanın hissələri biri digərindən asılıdır!”
5- Təvəlla və təbərra İslam dininin füruidin bölməsinə aid olan hissələrdir. Elə buna görə də insan yaxşılıqlar və yaxşıları sevib, pislər və pisliklərlə mübarizə aparmalıdır. Odur ki, Allah-təala Peyğəmbər(s)-in həqiqi ardıcıllarını vəsf edərək buyurur:
“Mühəmməd(s) Allahın peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər.” («Fəth»-29)
“(Ey peyğəmbər!) Allaha və axirət gününə inanan heç bir tayfanın Allah və Onun peyğəmbərinə qarşı çıxanlarla-öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə, dostluq etdiyini görməzsən. Onlar elə kimsələrdir ki, Tanrı onların qəlblərinə iman yazmış və öz dərgahında onlara ruh (güc) vermişdir (iman, hidayət nuru əta etmişdir.)” («Mücadələ»-22)
“Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost tutun! Onlar (kafirlər) sizə gələn haqqı («Quran»ı, Mühəmməd(s)-i) inkar etdikləri halda, siz onlarla dostluq edirsiniz. (Mehribanlıq göstərirsiniz) («Mümtəhinə»-1)
Buna görə də bu məsuliyyəti öhdəsinə götürmüş möminlərdə həm ehtiram göstərmək, həm də etiraz etmək xüsusiyyəti olmalıdır. Hamının yanında hörmətli və mehriban olmaq istəyənlər isə münafiqdirlər. Bu barədə rəvayətlərdə də təkid olunur. Rəvayətə görə Peyğəmbər(s) səhabələrdən birinə buyurur:
-Ey Allahın bəndəsi! Öz dostluq və düşmənçiliyini Allah üçün, onun yolunda et! Dostluq və düşmənçiliyin bu yolda olmalıdır, çünki başqa bir yolla Allah dərgahına yetişmək və imanın şirinliyini dadmaq olmaz. Bu gün nəzərlərin çoxu dünyəvi məqsədlər üzərində yaranmış dostluq və düşmənçiliklərə yönəlmişdir. Bu xırdalıqların Allah yanında heç bir dəyəri yoxdur.
6- Höccəti tamamlamaq, bəhanə yeri qoymamaq dəlil və sübut anlaşılan və başa düşülən surətdədir. Əks halda bu itmami-höccət sayılmaz.
7-Bəli iman əməllər vasitəsi ilə artar və azalar.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

haqyolu.com


more post like this