Cavab:

Salam olsun haqq yolda olanlara!
Qəzavəqədər məsələsi olduqca mürəkkəb olduğu üçün idrak və fikir cəhətindən onu başa düşməyə hazırlığı olmayanlar bu məsələyə girişməsinlər. Əks halda, bu iş onların əqidəsində səhvə, şəkk-şübhəyə yol verər və düz yoldan azmalarına gətirib çıxarar. Elə buna görə də imam Əli (ə) belə şəxslərə xitab edərək buyurmuşdur: “(Qəzavəqədər) qaranlıq bir yoldur, onu keçməyin, dərin bir dənizdir, ora girməyin; Allahın sirridir, onu əldə etmək üçün özünüzü zəhmətə salmayın.” Nəhcül bəlağə qısa sözlər bölümü 277.
İlahi qəza və qədər İslam dininin qəti əqidələrindən sayılır. “Qədər” lüğətdə “bir şeyin ölçülməsi və miqdarı”, “qəza” isə “onların həyata gercəkləşməsinin labud və qəti olması mənasını ifadə edir. İmam Rza (ə) qəzavə qədərin təfsirində belə buyurmuşdur: “Qədər diri qalmaq və fani olmaq baxımından bir şeyin ölçülməsində, qəza isə həmin şeyin qəti olaraq həyata keçməsindən ibarətdir.” Kafi 1-ci cild səh 158.
Qurani-kərimdə “qədər” barəsində buyurulur: “Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər) yaratdıq.” Qəmər surəsi ayə 49 “Qəza” haqqında isə belə buyurulur: “Sizi palçıqdan yaradan, sonra da (sizin üçün) bir əcəl təyin edən Odur!” Bəqərə surəsi 117.
Ələvə məlumat üçün linkini təqdim etdiyimiz məqaləyə müraciət edin:

http://www.erfan.ir/article/article.php?id=42115
Haqq yolda sizə müvəffəqiyyət diləyirik.

haqyolu.com


more post like this