Cavab:

Salam olsun haqq yolda olanlara!
Əlbətdə İmamın məktubunda belədir: أبلغْ عنّی أولیائی السلامَ
Ya Əbdüləzim! Mənim isti salamımı sevənlərimə çatdır. Əhli-beyt davamçısı ilə imamı sevən arasında fərq vardır. Əhli-sünnətdə imamı sevir amma Əhli-beyt davamçısı hesab olmur. Əhli-beyt davamçısı heçvaxt müşrik ola bilməz, əgər müşrik olsa Əhli-beyt davamçısı hesab olmaz. Çünki Əhli-beyt şirkdən uzaqdır. Müsəlman mümkündür Peyğəmbər (s), məsum imamlar, həmçinin onların hər bir səhabə və yaxınları mələklər və s. müqəddəslər haqqında «ğüluv» etsinlər Onların kəramət və məqamını müstəqil bilsinlər, Allahın izni ilə olmağına əqidələri olmasın. Necəki, Əliallahilər Hz. Əlinin (ə) ulihiyyətinə inanırlar. Onların Allaha məxsus olan bəzi sifətlər malik olmasını bilmək; məsələn göylər və yerin xaliqiyyəti, insanlar və heyvanların yaradanı, bütün dirilərə ruzi verən, canlı və qeyri-canlıları dirildib, öldürmək və s. bu kimi xüsusiyyətləri qeyd etmək olar.
Haqq yolda sizə müvəffəqiyyət diləyirik.

haqyolu.com


more post like this