Sual: 33. Bank mükafatına bir il ötdükdən sonra xüms düşürmü?
Cavab: İmam (r) və Xamenei: Mükafata xüms düşmür.
Fazil, Behcət və Məkarim: Vacib ehtiyata əsasən onun xümsü verilsin.
Nuri: Hədiyyə ünvanında olarsa xüms düşmür.
Təbrizi və Vəhid: Təxminən ilin sonunadək istifadə olunan və az dəyərli mal olarsa xüms düşmür. Digər hallarda xüms düşür.
Sistani: Yarısın imanlı fəqirə sədəqə vermək şərti ilə qalan yarı hissəni özünə mülk edə bilər. Əgər özünə mülk etdiyi yarı hissə xüms ilindən artıq qalarsa ona xüms verməlidir.
Safi: Xüms düşür.
Qeyd: Bank mükafatı bir növ bəxşiş hesab olunur.
Sual: 34. Quran və idman müsabiqələrində alınan mükafatlara xüms düşürmü?
Cavab: İmam (r), Xamenei və Nuri: Xeyr, xüms düşmür.
Fazil, Behcət və Məkarim: Vacib ehtiyata əsasən onun xümsü verilsin.
Təbrizi və Vəhid: Təxminən ilin sonunadək istifadə olunan və az dəyərli mal olarsa xüms düşmür. Digər hallarda xüms düşür.
Safi və Sistani: Xüms düşür.
Qeyd 1. Məsələ o hala aiddir ki, bir il keçsin və “məunə” (məfhumlar və terminlər bölməsinə müraciət edin) xərclərinə sərf olunmasın.
Qeyd 2. Müsabiqələrdə verilən mükafatlar bir növ bəxşiş hesab olunur.