“Surə” sozu “Quranda bir çox yerlərdə müxtəlif formalarda gəlməsinə baxmayaraq həmən Quran terminologiyasinda işlənən mənasında işlədilmişdir. Məaələn Tövbə surəsi ayə 64-də ” Münafiqlər (istehza məqsədi ilə) özlərini onların barəsində qəlblərində olanı (küfrü və İslam hökümətini devirmək niyyətlərini) onların özlərinə və camaata xəbər verən bir surə nazil olmasından qorxan kimi göstərirlər. De: “(Bu rəftarınızla İslama) istehza edin, şübhəsiz, Allah qorxduğunuz şeyi aşkar edəcəkdir”. Ya yene hemen sure aye 124: “Bir surə nazil olan zaman, onlardan (münafiqlərdən) bəzisi (istehza ilə) deyərlər: “Bu surə sizdən hansınızın imanını artırdı?”. (De:) “İman gətirənlərə gəlincə, onların imanını artırdı və onlar (yeni səmavi töhfə aldıqlarına görə) sevinirlər”. Ya Nur surəsi ayə 1: “(Bu,) Bizim bəlkə ibrət götürəsiniz deyə nazil etdiyimiz, (məzmununa əməl etməyi) vacib buyurduğumuz və içində (tovhid və dini maarif barəsində) aydın ayə və dəlillər nazil etdiyimiz bir surədir”.

NUR-AZ.COM


more post like this