Cavab: 
Quran hidayət kitabıdır, yəni insanlara doğru həyat yolunu göstərir. Quranda yerdənkənar sivilizasiyalar nə təsdiqlənir, nə də inkar olunur.
Həzrət Adəmdən sonra nəsil artımı ilə bağlı fərqli mülahizələr mövcuddur.

Sual:
(4 1.salam bu movzu ile baqli sual ile sizi narahat edecem umumiyyetle yad planetliler deyilen bir wey var eyer varsa Quranda buna iware olunub? 2. Nisa suresinin 1ci ayaesi ile baqli insanlarin artimi ile etrafli tefsir yazardiz Allah sizden razi olsun.
Cavab:
Ələykum salam.

1. Yad planetlilərin olub-olmaması hazırda fərziyyə şəklindədir və elmi təsdiqi yoxdur. Əgər varsa da, bu məsələ Qur`anda səma əhli kimi müxtəlif surə və ayələrdə qeyd edilmişdir.

2. Allah-taala bu ayədə bütün insanların 2 şəxsdən, Adəm və Həvvadan yaradıldığını bildirir. Ayəyə əsasən, Allah-taala bütün insanları onlar vasitəsilə yaratmışdır.

Sualınıza cavab olaraq bizim saytı seçdiyinizə görə sizə təşəkkür edirik.

 

 

haqyolu.com


more post like this