Cavab:
Allahın salam və rəhməti olsun sizə.

İsmi əzəm ayələri Qurani–kərimin beş ayəsində gəlib.

1) “Bəqərə” surəsinin 255–ci ayəsində.

2) “Ali–İmran” surəsinin 2–ci ayəsində.

3) “Nisa” surəsinin 87–ci ayəsində.

4) “Taha” surəsinin 8–ci ayəsində.

5) “Təğabun” surəsinin 15–ci ayəsində.

İsmi əzəm barədə İslam alimlərinin fərqli fikirləri.

1) Ümumiyyətlə sidqi qəlblə Allahı çağırmağa, İsmi əzəm deyərlər.

2) Xüsusi kəlmələrdir. Ərrahmən, Zulcəlali vəl ikram, Bismillahir-Rahmənir-Rahim kəlmələrinin ğözün ağla qarasınin yaxınlığı qədər, İsmi əzəmlə yaxınlığı var.

3) Huvə (yəni o) kəlməsi və yaxud Müqəttiə (yəni bir neçə hərfdən ibarət olan kəlmə) hərfləri, İsmi əzəm deməkdir.

4) Ümumiyyətlə İsmi əzəm, 73 hərfdən ibarətdir.On dörd məsum 72 hərfi biliblər.Yerdə qalan bir hərf isə, Allahın özünə məxsusdur. Allahdan başqa onu heç kim bilməz.

Allah “Nəml” (qarışqa) surəsinin 38, 39 və 40-cı ayələrində, İsmi əzəmdən cəmi bir hərf bilən, Həzrəti Süleyman peyğəmbərin nümayəndəsi Asif Bərxiya oğlunun, Günəşə pərəstiş edən Səba padşahı Bulqeysin taxtını Yəməndən bir göz qırpımında gətirməsindən söhbət acır.

Amma “Rəd” surəsinin 43 cü ayəsində, ümumi formada İsmi əzəmi bilən şəxs barədə (bir hərfdən başqa) söhbət açılır. İslam peyğəmbəri bu şəxsin Əli (ə) olduğunu bildirir.

Bəzi peyğəmbərlərin İsmi əzəmdən bir neçə hərf bilməsinə tarixdə rast gəlirirk. Misal üçün, Adəm (ə) 25 – ni, Nuh (ə) İbrahim (ə) 8 – ni, Musa (ə) 4 – nü, İsa (ə) 2 – ni, Həzrəti Muhəmməd (s) isə,72 – sini bilərmiş.

Ömər ibni Hənzələ deyir: İmam Baqirə(ə) ərz elədim: Güman edirəm sizin yanınızda dərəcə və hörmətim var.
İmam(ə): Bəli elədir. O zaman ona ərz etdim: Mənim sizdən bir istəyim var.
Ömər ibni Hənzələ: İsmi əzəmi (Allahın ən böyük adlarını) mənə öyrədin.
İmam(ə): Ona dözə bilərsən?
Dedim: Bəli.
Buyurdu: Evə daxil ol. Sonra əlini yerə qoydu və birdən ev qaranlıq oldu. Ömər ibni Hənzələnin bədənini titrətmə tutdu.
İmam(ə) buyurdu: Nə deyirsən yenə də ismi əzəmi öyrənməyə hazırsan?
Ömər ibni Hənzələ: Xeyr. O zaman İmam(ə) əlini yerdən götürdü və ev əvvəlki halına qayıtdı.

Hikmət sahibləri və ariflər belə hesab edirlər ki, “Rəbb” mübarək kəlməsi “tərbiyə edən” mənasını daşıyır və İslamda ən yüksək məqama malik “İsmi-əzəm” kəlmələrindəndir. Bu sözə bağlanan insan Allahın rəhmətinə yol tapır, yolundan maneələr götürülür, günahları bağışlanır. Bütün peyğəmbər və imamların Allaha bu kəlmə ilə müraciət etməsi onun İsmi-əzəm, yəni Allahın böyük adı olmasına inam yaradır.

İmam Riza (ə) buyurur: “bismillahir-rəhmanir-rəhim” “ismi-əzəmə” gözün qarasının ağına yaxınlığından daha yaxındır. Şəksiz ki, dua ismi-əzəmlə başlayarsa, Allah-Taala tərəfindən qəbul olunar.
Duanın qəbul olmasının ən mühüm şərtlərindən biri dua edən zaman Allahdan başqa hər şeyi yaddan çıxartmaqdır. Gərək ürəyini Allahdan başqa heç kəsə bağlamayasan. Bu ən mühüm şərtdir. Az olur ki, Allahı hazır bilə, başqalarını aciz. Əgər yalnız Allahı öz nəzərində tutsa duası qəbul olacaq. Elə buna görə də bir nəfər Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm-dən Allahın ismi-ə”zəmini öyrənməyi istədi. Həzrət buyurdu: “Ürəyini Allahdan başqa hər bir şeydən boşalt və “Ya Allah” de!”

haqyolu.com


more post like this