Cavab: Salam olsun haqq yolda olanlara! Cəmiyyət namazında imam dayanan şəxs baliğ (həddi-büluğ), aqil (ağıllı), on iki imamçı şiə, adil (ədalətli), halalzadə (qanuni nikahdan doğulmuş), namazı düzgün qıla bilən, iqtida edənlər kişidirsə, kişi olmalıdır. Vacib ehtiyata əsasən, bütün hallarda pişnamaz kişi olmalıdır. Pişnamazın adını bilmək məmum (iqtida edən) üçün vacib deyil. Haqq yolda sizə müvəffəqiyyət diləyirik.

haqyolu.com


more post like this