Cavab: Ümumiyyətlə, Quranın bəzi ecazkarlığı nişan verir ki, bu müqəddəs Kitab, nə o zamanda və nə də sonrakı zamanlarda Allahdan qeyri kimsə göndərə bilməz. Həmçinin, Quranın bəlağət möcüzəsi kimi bir möcüzə də heç bir bəşərin qüdrətində olmayıb, hansısa bir zaman və məkana məxsus deyil. Quranın möcüzə olmasına dəlil kimi yalnız bunu qeyd etmək kafidir ki, o zaman bedi bir mövzunu Allahdan qeyri heç kim qəti olaraq bəyan edə bilməzdi. Hətta, əgər fərz etsək ki, bu gün bəşər Quranın bütün maarif və elmlərinə agahdır, məlum olar ki, bu ecazkarlıq mövzu cəhətdən yenə də o vaxt üçün möcüzə sayılır. Digər cəhətdən, bu ecazkarlıq Quranı gətirən haqqında da doğrudur. Bu mənada ki, nə keçmişdə və nə də gələcəkdə heç bir dərs oxumayan fərd belə bir kitabı gətirə bilməzdi. Halbuki, Quranın digər möcüzələri də öz yerində hər bir ümmət, aləm, zaman və məkan üçün möcüzə olaraq qalır və əbədi olaraq belə bir möcüzəni heç kim gətirə bilməz.

İndi də bütün bu möcüzələrin hansı nə qədər ilahi olmasını sübut etmək olar. Quranın gətirilməsi cəhətindən onu qeyd etmək olar ki, Quranın mövzusu yalnız, Allah-taala tərəfindən ola bilər. Amma, sözlərində hamısı Onun tərəfindən olmasını hələ mövzu ecazkarlığı ilə isbət etmək olmaz. [3592]

Əgər soruşulsa ki, mövzunun ilahi olmasını qəbul etdikdən sonra fərz etmək olar ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) özündən belə ifadələr və ibarətlər deyə bilməzdimi? Cavabında deyirik: Bu söz əslində, Quranın fəsahət və bəlağət möcüzəsinə qayıdır. Nəticədə, yalnız iddia olunmasını istisna etməklə, Quran, onu gətirən cəhətindən möcüzə sayılmır. Baxmayaraq ki, Quranın sözlərinin qeyri-ilahi olmasının sübutu mümkün deyil. Ən azı ona görə ki, İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) özünə nisbətdə belə bir kitabın özündən söyləməsi qeyri-mümükün bir iş sayılır. Bütün fərzlərdən belə nəticə alırıq ki, Quranın bütün sözləri, ifadə və cümlə quruluşları bütünlüklə Allah-taala tərəfindən söylənilmişdir.

Quranın mövzusunda qeyd olunan dörd cəhətli möcüzə [3593]  sübut edir ki, bu mövzu, yalnız Allah-taala tərəfindəndir. Amma, Quranın söz möcüzəsi, yəni, bəlağət və ədəd möcüzəsi onun sözlərinin və cümlə quruluşlarının da ilahi olmasını isbat edir. [3594]  Həmçinin, Quranın sözlərinin ilahi olmasının digər sübutu əksər ayələrin bir mözuda cəmlənməsidir. Bütün bunlarla birgə yenə də sual olunsa ki, əgər ayələr üslublarında vəhdətə malik olmasalar necə sübut edə bilərik ki, ayələrin cəm olub surə və surələrin cəm olub Quran əmələ gətirməsi Allah-taala tərəfindəndir?

Cavabında deyə bilərik ki: belə mövzular adətən “Quranını tarixi” mövzusunda araşdırılır. [3595]  Bəzi əlhi-sünnət alimləri və əksər şərqşünaslar bu mövzuya əl atmışlar ki, Quranın ayələrinin cəm olunması və tərtiblə düzülməsi [3596]  İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) vəfatından sonra olmuşdur. [3597]

Daha çox məlumat üçün:

Hadi Tehrani, Məhdi, Məbani kəlami ictihad, Muəssiseyi fərhəngi xaneyi xirəd, Qum, birinci çap, 1377.

[3592]  Bəziləri həmin nəzəriyyəni qəbul edirlər və mötəqiddirlər ki, Quranın mövzusunun ilahi olmasına baxmayaraq sözləri İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) öz sözləridir. Halbuki, keçmişdən bu günə kimi islam alimləri bu etiqaddadırlar ki, Quranla hədisi-Qüdsinin arasında fərq həmin mövzudur. Belə ki, hədisi Qüdsidə mövzu Allah-taala tərəfindən sözlər isə Peğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) öz tərəfindəndir. Amma, Qurani-Kərimdə həm mövzu, həm də sözlərin hamısı yalnız, Allah-taaala tərəfindəndir.

[3593]  Mövzu: Quranın möcüzəsi.

[3594]  Ola bilsin ki, islam alimlərimizin keçmişdən bu günə kimi Quranın bəlağət möcüzəsinə etdikləri təkidlər həmin mənanı əhatə etməsinə dəlalət edir.

[3595]  Nümunə üçün bu kitablara müraciət edin; Əbu Əbdullah, Zəncani, Tarixul-Quran; Mahmud Ramyar, Tarix Quran; Seyyid Məhəmməd Baqir Höccəti, Pejuheşi dər tarix Quran; Seyyid Məhəmməd Rza Calalai Naini, Tarix cəm Quran.

[3596]  Mövzu: Quranın cəm olunması.

[3597]  Hadi Tehrani, Məhdi, Məbani kəlami ictihad, Muəssiseyi fərhəngi xaneyi xirəd, Qum, birinci çap, 1377.

NUR-AZ.COM

 

 


more post like this