Cavab:
Salam olsun haqq yolda olanlara.

Namazıbatiledən şeylər:

Namaz qılan şəxsə təkbirətul-ehramı deyərəkən, əvvəldən sonadək bəzi işlər haram olur. Әgər namaz halında onların birini əncam versə namazı batildir. O cümlədən:
1. Qəsdən danışmaq: (mənalı və ya mənasız bir hərfdə olmuş olsa);
2. Qəsdən uca səslə gülmək: (amma əgər qəsdən səssiz olaraq gülsə və ya səhvən səslə gülsə, eybi yoxdur);
3. Uca səslə dünya işləri üçün ağlamaq. Ehtiyac vacibə görə namaz qılan şəxs gərək dünya malına xatir səsiz də ağlamasın. Әksinə əgər axirət işi üçün istər səssiz, istərsə də səsli ağalasa eybi yoxdur və bu iş ən gözəl əməllərdən sayılır.
4. Üzü qiblədən başqa tərəfə döndərmək:
5. Yemək və içmək: (qəsdən və ya səhvən olsa belə fərqi yoxdur);
6. Namazın surətini (formasını) pozmaq. Qəsdən və ya səhvən olmasının fərqi yoxdur. (məslən: əl çalmaq və sair). Lakin namazın surətini pozmayan (məsələn: əl ilə işarə etmək və sair) kimi işlərin eybi yoxdur.
7. Namazın rüknlərini azaltmaq və ya çoxaltmaq:
8. İki və üç rəkətli namazların rəkətlərində və yaxud dörd rəkətli namazların birinci və ikinci rəkətlərində şəkk etmək. Bu şərtlə ki, namaz qılan öz şəkkində baqi qala və ya namazın bir maqdarını şəkk ilə qılmış ola.
9. Namazın şərtlərini aradan aparan şeylər: (məsələn: namaz əsnasında başa düşə ki, geydiyi libas qəsbidir);
10. Dəstəmazın aradan getməsi:
11. Әlini əlinin üstünə qoymaq:
12. Fatihə (həmd) surəsindən sonra “Amin” demək. Әlbəttə bu əməl səhv və təqiyyə üzündən olsa, eybi yoxdur.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

haqyolu.com


more post like this