Cavab:
Allahın salam və rəhməti olsun sizə.

Təfəkkür qəflətin ziddi və qəlbin saflaşmasında ən mühüm səbəblərdən biridir. Kin-küdurətin aradan getməsində, qürur evini (dünyanı) sadə bilib, əbədi səadət evinə (axirətə) üz tutmaqda təfəkkürün böyük rolu vardır. O, ibadətlərin başı, itaətlərin canı və ruhudur. Allah-taala insanı əql və düşüncə nemətilə heyvandan üstün etmişdir. Rəvayətlərdə bəyan olunduğu kimi, insan Allah-taalanın zatı haqqında deyil, nemətləri barəsində fikirləşməlidir.

Qəza və qədər məsələsi olduqca mürəkkəb olduğu üçün idrak və fikir cəhətindən onu başa düşməyə hazırlığı olmayanlar bu məsələyə girişməsinlər. Əks halda, bu iş onların əqidəsində səhvə, şəkk-şübhəyə yol verər və düz yoldan azmalarına gətirib çıxarar. Elə buna görə də imam Əli (ə) belə şəxslərə xitab edərək buyurmuşdur: “(Qəza və qədər) qaranlıq bir yoldur, onu keçməyin, dərin bir dənizdir, ora girməyin; Allahın sirridir, onu əldə etmək üçün özünüzü zəhmətə salmayın.”

Siz öz fikirlərinizi yönəldin başqa səmtə, Allahın nemətləri, axirət aləmi, hesab ketab və s. Quran çox oxuyun mənasına fikir verin Allahı zikr edin həmişə dəstəmazlı olun. Boş vaxtlarınızı mütaliə, idman, ziyarət, ibadət və qohumlara baş çəkməklə doldurun. Neçəki bir dənizin suyunu bir vedrəyə yerləşdirmək olmaz, naməhdud olan Allahıda məhdud düşüncə ilə düşünmək mümkün deyil.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

haqyolu.com


more post like this