Cavab:
Allahın salam və rəhməti olsun sizə.

Qurani-Kərimin təhrif (yəni Qurana hansısa bir sözün əlavə olunması və ya azadılması) haqda müsəlmanların əqidəsi belədir ki, Quranda heç bir təhrifə yol verilməmişdir. Әlimizdə olan Quran Peyğəmbərmizə nazil olan bütöv Qurandır. Bunu bir çox tanınmış alimlərmiz açıq-aşkar söyləmişdir. O cümlədən:
1. Şeyx Səduq ibni Babaveyh (rə);
2. Şeyx Әbu Cəfər Tusi (rə);
3. Әləməlhuda Seyyid Murtəza (rə);
4. Məşhur təfsirçi Təbərsi (rə);
5. Kaşiful-ğita kitabının müəllifi Şeyx Cəfər (rə);
6. Әllamə Behbəhani (rə);
7. Qadətuna kitabının müəllifi Ayətullah Milani (rə);

8.Əllamə Məclisi təhrifə dəlalət edən hədislər barəsində buyurur: Bu hədislər zəifdir və doğru olmağına yəqin yoxdur.

9.Kuleyninin təhrifdən məqsədi mənəvi təhrifdir, Kafidə olan hədislərin hamsı doğru deyil.

10.Əllamə Hilli buyurur: Haqq budur ki Quranda heçbir təhrif baş verməyib.

11. Nəcəf hövsəsinin tanınmış ustadı Mərhum Ayətullahul-üzma Seyyid Әbul Qasim Хoyi və sair…

Sualınızın izahlı cavabın bilmək üçün saytın kitabxanasına müraciət edib qeyd olunan kitabı yükləyin.

Kitabın adı: Quran təhrif olunmayıb Mövzu: Quran Müəllif: Şeyx Məhəmmədcavad Fazil Lənkərani

Kitabın adı: Əl-Bəyan 1-2 ci cild Mövzu: Quran Müəllif: Ayәtullah Hacı Seyyıd Əbülqasım Xoyi.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

haqyolu.com


more post like this