Cavab: 

Ələykum salam. Əhli sünnə mənbələrində “Sünən Beyhəqi” – c-2, s-72, 73, 101, 102 və “Sünən Əbi-Davud”, c-1, s-194, hədis 730-736, “Sünən Tirməzi”, c-2, s-98-də; Bu hədislərdə deyilir: Əbu-Həmid Saidi Peyğəmbərin (s) səhabələrindən bir dəstəsi, o cümlədən, Əbu-Hüreyrə əd-Dəvsi, Səhl əs-Saidi, Əbu-Əsyəd əs-Saidi, Əbu-Qətadə Haris ibn Rəbi, Məhəmməd ibn Məsləməyə Peyğəmbərin (s) namazının necəliyini öyrədirdi. O, namazın bütün müstəhəb cüziyyatını nəql etdi. Amma, əli əl üstünə qoymğı (əli bağlı qılmağı) demədi.

Onun bunu nəql etməməsindən məlum olur ki, bu Peyğəmbərin (s) namazda etdiyi işlərdən olmayıb.

Sualınıza cavab üçün bizim saytı seçdiyinizə görə, sizə təşəkkür edirik.

 

Sual:

(4 salam aleykum gunah və haram arasinda vferq varmı varsa bu ferqi izah ederdiz . Allah razi olsun

Cavab:

Ələykum salam. Xeyr yoxdur. Fərq budur ki, günah haram sözünün farscaya tərcüməsidir. Sualınıza cavab olaraq bizim saytı seçdiyiniz üçün, sizə təşəkkür edirik.

haqyolu.com


more post like this